Əməkdaşlıq sahələri
1-ci maddədə qeyd olunan məqsədlərə çatmaq üçün Tərəflər:
a. mərkəzləşdirilmiş imtahanların nəticələri əsasında qəbul olunan tələbələr istisna olmaqla, öz xərcləri ilə təhsilini davam etdirmək istəyənlər arasında seçim edərkən digər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların nəticələrinin nəzərə alınması məqsədi ilə öz ali təhsil müəssisələrini məlumatlandıracaqlar;
b. ali təhsil proqramlarına tələbə qəbulu və diplomların qarşılıqlı olaraq tanınması və ekvivalenti iyi daxil olmaqla, ali təhsillə bağlı qanunvericilikdə dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar;
c. ali təhsil sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsinin öyrənilməsi və ali təhsil proqramlarının uyğunlaşdırılması istiqamətində təşəbbüs göstərəcəklər;
d. hər iki ölkənin ali təhsil müəssisələrinin mübadilə proqramlarında qarşılıqlı şəkildə tələbələr və professor-müəllim heyətinin iştirakının genişləndirilməsi istiqamətində zəruri səy göstərəcəklər;
e. ali təhsil müəssisələri arasında birgə fəaliyyət və proqramların keçirilməsini həvəsləndirəcək, həmçinin tələbələr və professor-müəllim heyəti üçün yay məktəblərinin təşkilini təşviq edəcəklər.
Maddə 3
Birgə ali təhsil proqramları
Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında bakalavriat, magistratura və doktorantura səviyyələrində birgə ali təhsil proqramlarının təsis edilməsini, həyata keçirilməsini və inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 4
Dostları ilə paylaş: |