Qazan xanın islahatları. Monqol uluslarında iki siyasi axın bir-biri ilə qarşılaşırdı. Bu
axınlar hərbçi monqol əyanlarının mənafeyi ilə bağlı idi və örüş siyasətinin davam
etdirilməsib ilə baglı idi. Birinci siyasi axının tərəfdarları kəndlilərin, sənətkarların var-
yoxdan çıxarılmasına çalışır, oturaq təsərrüfata qayğı göstərmir, onun dirçəlməsini
düşünmür, əksinə əkinçilik yerlərini öz sürüləri üçün örüş yerlərinə çevirməyə çalışırdı.
Məhz bu qrupun tələbi ilə Çingiz xan köçəri monqolların oturaq həyata keçməsini xüsusi
fərmanla qadağan etmişdi. Bu axını təmsil edənlərin sırasında Çingiz xanın oğlu Cağatay,
həmçinin, Cəbə, Subutay, Xubilay, Celme kimi sərkərdələr var idi.
İkinci axın isə güclü mərkəzi idarəçiliyin yaranması tərəfdarı idi. Bunun üçün «örüş»
siyasətinə qarşı çıxaraaq tabe edilmiş ölkələrin oturaq yerli əsilzadələri və şəhərlərin yüksək
zümrə və təbəqələri ilə yaxınlaşmaq istəyirdilər. Çingiz xanın böyük oğlu Cuçi xan və o biri
oğlu Ugedey öz atalarının , tabe edilmiş ölkələrin talan edilməsini siyasətini pisləyirdilər.
XIII yüzilin 90-cı illərində «örüş siyasəti»nin həyata keçirilməsi monqol hakimiyyətinin
özünü təhlükə qarşısında qoymuşdu. Odur ki, ümumi qanunvericilikdə islahatlar keçirilməsi
zəruri idi.
İslahat ideyasının meydana çıxmasının başlıca səbəbi bütün Orta və Yaxın Şərqdə
Hülakü imperatorluğunun özülünün sarsılması idi. yeni xəttin memarı Fəzlullah Rəşid-əd-
9
din olmuşdu. O, keçiriləcək islahatların rəiyyətə, əslində xərac ödəyəsi olan bütün kənd və
şəhər əhalisinə qarşı «ədalətli» siyasət yeritmək ideyasını müdafiə edirdi. Rəşid-əd-dinin
fikrincə hər hansı bir dövlətin mədaxil xəzinəsi («Xəzineyi daxl») rəiyyət özüdür, onun halal
zəhməti və çalışqanlığıdır. Rəiyyət soyulub vardan çıxarılarsa, hökmdarlara v ə xəzinəyə heç
bir qazanc qalmaz. O, yazırdı: « ...dövləti ordu qazanır,—dövlətin ordudan başqa gəlir ağacı
yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar,—vergisiz qoşun yoxdur, vergi isə
rəiyyətdən alınır. Rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına
saxlamaq olar. Ədalət yoxdursa rəiyyət də yoxdur».
Yeddinci hülakü hökmdarı Qazan xan (1295-1304) öz sahibi-divanı Rəşid-əd-dinlə
bir mövqedən çıxış edirdi. Onun fikrincə, hər hansı bir cəmiyyətin yaşayıb irəli getməsi
üçün başlıca dayaq olan 3 sosial təbəqə (rəiyyət, sənətkarlar və tacirlər) idi və onların
əməyinə qayğı ilə yanaşmagı təəkəb edirdi. O «Örüş siyasəti» nə qarşı cıxır, öz acgöz,
hərbçi əmirlərinə üz tutaraq o söyləyirdi: «Əgər onların (kəndlilərin, bütün vergi ödəynlərin)
hamısının ucdantutma talan edilməsi ağıllı bir iş sayılırsa, gəlin edək... Ancaq gələcəkdə
rəiyyətdən taxıl (tağar) və süfrəniz üçün azüqə (aş) yığmaq gümanında olsanız və bunun
üçün mənə müraciət etsəniz mən sizinlə amansız davranacağam. Bir halda siz rəiyyəti
incidərək onun qoşqu heyvanlarını və toxumunu əlindən alırsınız, çörək zəmisini tapdayıb
yox edirsiniz, bəs onda gələcəkdə nə ilə dolanacaqsınız».
Qazan xanın Rəşid-əd-dinlə birlikdə keçirdiyi başlıca islahatlardan biri hərbi iqta
torpaqları haqda 1303-cü il qanunudur. Bu qanuna görə bütün monqol hərbiçilərinə irsən
atadan oğula keçən iqta verilirdi. Sosial hüququ baxımdan iqta torpaqlarını alan döyüşçülər
kiçik torpaq sahiblərinə çevrilirdilər. İlkin elxanlar çağında iqta çox az adamlar a, başlıca
olaraq yüksək rütbəli qoşun başçılarına verilirdi. Sıravi döyüşçü kütləsinə isə torpaq
paylanmırdı. Bu kütlə bir qtsmi natura ilə, bir qismi isə pul ilə ödənilən dolanışıq xərci
hesabına yaşayırdı. Belə ödəniş daimi, sabit deyildi. Lakin yürüşlər zamanı yeni-yeni ölkə
və vilayətlərdə ələ keçirilən qənimət əldə edilməklə belə vəziyyətə göz yumulurdu. Qazan
xanın hakimiyyətə gəldiyi XIII əsrin 90-cı illərində saysız qənimət və qazanc verən yürüşlər
artıq kəsilmişdi. Buna görə döyüşçülər və bütün ordu içərisində böyük narazılıq yaranmağa
başlamışdı. Ordunun narazılığı Hülakü dövlətinin bütün varlığını təhlükə qarşısında
qoyurdu. Çünki boş xəzinə orduya aylıq vermək gücündə deyildi.
Torpaq almaqla kiçik feodallara çevrilən döyüşçülər kütləsinə 1303-cü il qanunu ilə
böyük üstünlük və imtiyazlar verilirdi. Birincisi, yeni iqta sahibinə əvvəllər dövlət xəzinəsi
xeyrinə ödənilən renta ilə yanaşı bütün vergiləri kəndlilərdən toplamaq hüququ verilirdi.
İkincisi, ikta nəsli torpaq sahəsinə çevrilirdi bir şərtlə ki, atanın yalnız ordu xidmətində
onun yerini tutan hərbici ogula çatırdı. Üçüncüsü, əkin yeri suvarma qurğuları və s. ilə
10
birlikdə həmin torpaqla bərabər onu əkib becərən rəiyyətlər də torpaq sahibinin ixtiyarına
keçirdi.
1303-cü il yarlığında ayrıca göstərilirdi ki, keçmiş incu və divan torpaqlarında kopçur
və başqa vergilər ödəyən rəiyyətlər indi bu mükəlləfiyyətləri öz yeni ağalarına
ödəməlidirlər. Yarlıqda yazılmışdır ki, monqol döyüşçülərinə paylanılan iqta torpaqlarının
keçmiş rəiyyətləri başqa torpaqlara qaçıb dağılmışsa və bu qaçqınlıqdan 30 ildən çox vaxt
keçməyibsə indi yeni sahiblərinə qaytarılmalıdırlar.
Lakin döyüşçülərə səxavətlə paylanılan torpaq öz-özlüyündə onları dolandıra
bilməzdi. Gəlir götürmək üçün torpağı becərmək lazım idi «Örüş siyasəti» kəndlini torpağı
atıb qaçmağa məcbur etdiyi üçün «Yeni siyasət» onları yenidən torpağa qaytarmagı nəzərdə
tuturdu. Bununla da ordu daimi gəlir mənbəyi ilə təmin edilirdi. Ölüm qorxusu altında
dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq və cehiz vermək ona qadağan olunurdu.
Əgər iqtadar aldığı torpağın becərilib dirçəlişi üçün qayğı göstərmir, onu yaxşı saxlamırdısa,
torpağın geri alınması nəzərdə tutulurdu. İqta sahiblərinin özbaşınalığı üzərinə nəzarət
qoyulur rəiyyəti qula çevirib onlarla əsir kimi davranmaq yasaq edilirdi. Başlıca
mükəlləfiyyət öhdəlikləri, yəni biyar ilə bağlı olmayan işlərin onların üzərinə qoyulması da
yasaq idi. Vergilər müəyyən olunmuş bir vaxtda yığıla bilərdi, natura ilə, pul və biyarda
ödəniləcək mükəlləfiyyətlərin müddəti dəqiq göstərilirdi. Rəiyyət üzərində sonsuz və
amansız soyğunçuluq vasitəsinə çevirilmiş olan müqatiə sistemi (vergi yığımının icarəyə
verilməsi) ləğv edilirdi. Bütün bu yeniliklər rəiyyəti «Örüş siyasəti» üçün xas olan
özbaşınalıqdan, qanunsuzluqdan qorumağa, rəiyyətin öz təsərrüfat işlərini arxayınçılıqla
yerinə yetirməsi üçün şərait yaratməşdı. Vergilərin qədəri, və ödəniş vaxtı dəqiq bildirilirdi.
Taxıl vergisi əkinçilərdən yalnız ildə iki dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr
arasında və ya ildə bir dəfə (20 gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində,
və ya artıq vergi tələb etmək ağır cəzalarla qadağan edilmişdi. Taxıl vergiləri kəndlilərin öz
yük heyvanları ilə dövlət ambarlarına daşınmalı idi. Hər bir kənddə metal və ya taxtadan
tabaq vurulmalı, ödəniləcək verginin miqdarı buraya yazılıb, göstərilməli idi.
Dostları ilə paylaş: |