Rəhimli, İlham Əziz oğlu Azərbaycan teatr tarixi : 5 cilddə / İ. Ə. Rəhimli.
II cild. - Bakı : Şərq-Qərb, 2017. - 536 s.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcüd olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığında peşəkər səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. İkinci cilddə Azərbaycan dramaturgiyasının təşəkkülü və inkişafı mərhələləri, onun əsas təmsilçilərinin yaradıcılıq portretləri verilib. Bu cilddə Milli Dram Teatrının (1919-1937), Opera və Balet Teatrının (1919-1937), Rus Dram Teatrının (1920-2016), Azərbaycan Dövlət Yəhudi Teatrının (1933-1939), Bakı Türk İşçi Teatrının (1921-1932), Gənc Tamaşaçılar Teatrının (1927-1937), Naxçıvan (1922-1937), Gəncə (1933-1937), Tiflis (1922-1937), İrəvan (1928-1937), Aşqabad (1932-1940) teatrlarının müəyyən dövlərindən bəhs olunub. Rayon teatrlarında peşəkarlığa keçidin yeni mərhələsi (1919-1937), kolxoz və sovxoz teatrları, Azərbaycan Dövlət Teatr Muzeyinin tarixi barədə tədqiqatlar verilib.
Dostları ilə paylaş: |