Humboldt, Vilhelm fon



Yüklə 272,5 Kb.
səhifə29/80
tarix10.01.2022
ölçüsü272,5 Kb.
#109235
1   ...   25   26   27   28   29   30   31   32   ...   80
Cavid, Hüseyn Əsərləri : 5 cilddə / H. Cavid ; ill. A. Rəsul.

III cild : [dram əsərləri]. - Bakı : Şərq-Qərb, 2013. - 372 s.

Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin yenidən işlənmiş "Əsərləri"nin üçüncü cildinə müqtədir sənətkarın yaradıcılığı və səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət", Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər" və hərb demonunun surətininn yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir. Cavid yaşadığı cəmiyyətin, mənsub olduğu soyun və bütövlükdə insanlığın problemlərini əks etdirməyə can atdığı üçün onun mövzuca və qaldırılan problem baxımından heç biri digərini təkrarlamayan bu əsərlərində də dünyanın mahiyyətinə varılır, həyatın, xilqətin fəlsəfi dərkinə çalışır.


Cavid, Hüseyn Əsərləri : 5 cilddə / H. Cavid ; ill. A. Rəsul.

IV cild : [dram əsərləri]. - Bakı : Şərq-Qərb, 2013. - 228 s.

Hüseyn Cavid sənət tarixinə əlvan, romantik səhifələr yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konsepsiyaları ilə "Cavid teatrı" Cavidin əsərləri səhnədə oynanılmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır.


Cavid, Hüseyn Əsərləri : 5 cilddə / H. Cavid ; ill. A. Rəsul.

V cild : [dram əsərləri, məqalələr, məktublar]. - Bakı : Şərq-Qərb, 2013. -268 s.

Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid qələmə aldığı faciələrdə Şərq taleyinin müxtəlif ciddi problemlərini qaldırmış, türkçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən işıqlandırmışdır.



Yüklə 272,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin