YEKUN MÜDDƏALAR
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Maddə 20. Qanunun qüvvəyə minməsi
20. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
20. 2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.
20. 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.
20. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. [68]
20. 5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.
Dostları ilə paylaş: |