820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479)ilə 16.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.