Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 336,67 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü336,67 Kb.
#7286
1   2   3

YEKUN MÜDDƏALAR

 

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət



 

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

 

Maddə 20. Qanunun qüvvəyə minməsi



 

20. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

20. 2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.

20. 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.

20. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. [68]

20. 5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 dekabr 2003-cü il



№ 560-IIQ

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       03 dekabr 2004-cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1)



2.       28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700)

3.       30 dekabr 2005-ci il tarixli 45-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 70)

4.       1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

5.       12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)

6.       30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2)

7.       12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651)

8.       22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479)

9.       17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78)

10.    20 iyun 2014-cü il tarixli 991-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146)

11.    17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253)

12.    28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 2.0.7-ci maddədən "vahid" sözü çıxarılmışdır.



 

[2] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 2.0.8-ci maddədən "vahid" sözü çıxarılmışdır.

 

[3] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 2.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.0.10-cu, 2.0.11-ci, 2.0.12-ci və 2.0.13-cü maddələr əlavə edilmişdir.



 

[4] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 4.1-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.

 

[5] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 4.2-1-ci maddə əlavə edilmişdir.



 

[6] 03 dekabr 2004-cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1) ilə 4.3-cü maddəsinin ikinci cümləsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması işinin təkmilləşdirilməsi, dövlət qeydiyyatını və dövlət reyestrini aparan orqanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə həmin rüsumun 15 faizi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına keçirilir.

30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 4.3-cü maddədə “qurumların” sözündən sonra “(yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[7] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə Qanuna 4.5-ci maddə əlavə edilmişdir.



 

[8] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 4.6-cı maddə əlavə edilmişdir.

 

[9] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 5.3.4-cü maddə əlavə edilmişdir.



 

[10] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 5.4.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.4.1. təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır);

 

[11] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 5.4.4-cü maddə çıxarılmışdır.



Əvvəlki redaksiyada deyilirdi:

5. 4. 4. icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə notariat qaydasında təsdiq edilmiş imza nümunələri;

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 5.4.4-cü maddə əlavə edilmişdir.

 

[12] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 5.4.4-1-ci maddə əlavə edilmişdir.



17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 5.4.4-1-ci maddədə “təsisçisi (təsisçiləri)” sözlərindən sonra “və qanuni təmsilçisi (təmsilçiləri)” sözləri əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 5.4.4-1-ci maddəyə “(təmsilçiləri)” sözündən sonra ”, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri)” sözləri əlavə edilmişdir.

 

[13] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə5.4.5-ci maddədə “hüquqi ünvanını” sözlərindən sonra “(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı)” sözləri əlavə edilmişdir.



 

[14] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 5.4.6-cı maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

5. 4. 6. qanunla xüsusi olaraq nəzərdə tutulduğu halda, digər sənədlər.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 5.4.6-cı maddə əlavə edilmişdir.

 

[15] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı məzmunda 5.4.7-ci və 5.4.8-ci maddələr əlavə edilmişdir.



 

[16] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 5-1-ci maddə əlavə edilmişdir.

 

[17] 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280) ilə 5-1.2-ci maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə əvəz edilmişdir.



 

[18] 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280) ilə 5-1.3-cü maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş cəmiyyətin təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə, “onları” sözü “onu” sözü ilə əvəz edilmişdir.

 

[19] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 6.1.1-1-ci maddə əlavə edilmişdir.



 

[20] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 6.1.2-1-ci maddə əlavə edilmişdir.

 

[21] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 6.1.5-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və ikinci cümlə əlavə edilmişdir.



 

[22] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 6.1.6-cı maddə əlavə edilmişdir.

 

[23] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədə "5" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.



 

[24] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1.2-ci maddədən " təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə" sözləri çıxarılmışdır.

 

[25] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə Qanuna 7-1-ci maddə əlavə edilmişdir.



 

22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 7-1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 3 gündən gec olmayaraq həyata keçirilməlidir.

 

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədə "5" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.



 

[26] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8-ci maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması qaydası

 

[27] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.1-ci maddədə "qurumun" sözü "qeyri-kommersiya qurumunun" sözləri ilə, "hüquqi şəxsin" sözləri "qeyri-kommersiya hüquqi şəxsinin" sözləri ilə əvəz edilmişdir.



17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 8.1-ci maddədən “, bir qayda olaraq,” sözləri çıxarılmışdır.

 

[28] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.3-cü maddənin birinci cümləsində "hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının" sözləri çıxarılmışdır.

 

[29] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.5-ci maddənin birinci cümləsində "Hüquqi şəxs statusu almaq istəyən quruma, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına bu Qanunla" sözləri "Bu maddədə" sözləri ilə əvəz edilsin. 

 

[30] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.6-cı maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

8. 6. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən qeyri-iş günləri nəzərə alınmır.

 

[31] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 9.3-cü və 9.4-cü maddələr əlavə edilmişdir.



 

[32] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 10-cu maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 10. Yenidən qeydiyyat

10. 1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının hüquqi ünvanı bir inzibati ərazi vahidindən digərinə dəyişdikdə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında reyestrə daxil edilir və ona yeni reyestr nömrəsi verilir.

10. 2. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda da yenidən qeydiyyat aparıla bilər.

 

[33] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 11.3.1-1-ci maddə əlavə edilmişdir.



 

[34] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 11.3.2-1-ci maddə əlavə edilmişdir.

 

[35] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 11.3.3-cü maddədə «olduqda» sözündən sonra «, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə» sözləri əlavə edilmişdir.



 

[36] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 11.4-1-ci maddə əlavə edilmişdir.

 

[37] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 12.3-cü maddədən "vahid" sözü çıxarılmışdır.



 

[38] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 12.3-1-ci maddə əlavə edilmişdir.

 

[39] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 12.7-ci maddə çıxarılmışdır.



Əvvəlki redaksiyada deyilirdi:

12. 7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması məqsədi ilə dövlət reyestrini aparan orqanın sorğusu əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar həmin kod altında reyestrə daxil edilir.

 

[40] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 12.8.2-ci maddəyə “edilməsi” sözündən sonra “və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi” sözləri əlavə edilmişdir.



 

[41] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253) ilə 12.8.3-1-ci maddə əlavə edilmişdir.

 

[42] 1 fevral 2008-ci il tarixli 


Yüklə 336,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin