3.4. ŞƏKƏR TOZU
Əsasən şəkər çuğundurundan, tropik iqlimə malik olan ölkələrdə isə şəkər qamışından alınır. Toz-şəkər və rafinad şəkəri kimi istehsal edilir. Meyvə-tərəvəzi şəkər əlavə etməklə konservləşdirdikdə əsas xammallardan biri hesab edilir. Məhsulda 65% şəkər olduqda (məs., mürəbbədə) məhsul əlavə konservləşdirmə əməliyyatı aparılmadan uzun müddət qalır. Kompot, mürəbbə, çiy mürəbbə, cem, povidlo və sukat hazırladıqda əsasən toz-şəkərdən istifadə edilir. Əgər toz-şəkər çirkli olarsa əvvəlcədən şəkər şərbəti bişirilir, kəfi yığılır, lazım gələrsə süzülür. Toz-şəkərin tərkibində 99,75% saxaroza, 0,05% invert şəkəri, 0,14% nəmlik və 0,03% kül olur.
Ovşala hazırlamaq üçün rafinadlaşdırılmış şəkər tozundan istifadə, olunmalıdır. Çünki sarımtıl rəngli toz şəkər ovşalanın rəngini bulanıqlaşdırır. Şəkər tozunun keyfiyyəti QOST 21-94 tələblərinə uyğun olmalıdır.
Dostları ilə paylaş: |