4. TEXNOLOJİ PROSESİN TƏSVİRİ Ovşala hazırlamaq üçün həqiqi qızılgül ləçəklərindən hazırlanmış gül suyundan, gülabdan (qızılgül ləçəklərinin distilləsindən alınan distilyatdan), ətirli bitkilərin (boymadərən, bədmüşk və digər bitkilərin çiçəklərindən) distilləsindən alınan ətirli distilyatdan, limon turşusu, şəkər-tozu və içməli sudan istifadə olunur. Odur ki, aşağıda qızılgüldən gülab və gülsuyunun, ətirli bitkilərdən distilyatların (yarımfabrikatların) hazırlanması qaydası haqqında məlumat verilir.