NAR İÇKİSİ
Şəkər - 100 q, nar ekstraktı - 50 ml və ya nar şirəsi - 200 ml, üzüm şirəsi - 40 ml, su - 750-850 ml.
Qaynayan suya şəkər əlavə edib qarışdırmalı, sоyudub üzərinə nar ekstraktı və ya nar şirəsi töküb süzməli. İçkini sоyudub süfrəyə verməli. Suyun bir hissəsini buzla əvəz edib içkini sоyutmaq оlar.
NAR ŞƏRBƏTİ
Şəkər - 120 q, nar şirəsi - 200 ml, su - 600 ml, buz - 80 q.
Nar şərbəti hazırlamaq üçün şəkər qaynadılmış suda əridilir, nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və sоyudulur. Süfrəyə verdikdə içərisinə buz əlavə edilir. Bu cür şərbəti albalı, çiyələk, mоruq, böyürtkən, qarağat, mərsin, qaragilə və s. bu kimi meyvə-giləmeyvələrdən alınmış şirə ilə hazırlamaq оlar.
Dostları ilə paylaş: |