İşin aprobasiyası. Elmi-tədqiqat işlərinin nəticələri Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransında, Ukrayna Respublikasının Poltava şəhərində keçirilən “Современное материаловедение и товароведение: теория, практика, образование” adlı I Beynəlxalq elmi-praktiki – internet konfransda, Azərbaycan Texnologiya Uni-versitetində (Gəncə şəhəri) keçirilən “Davamlı inkişaf və texnoloji innovasiyalar” adlı Beynəlxalq elmi-praktiki kon-fransda, eləcə də 2012, 2013 və 2014-cü illərdə ADİU-də yerinə yetirilmiş büdcə təyinatlı Elmi-Tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktiki konfranslarda dinlənilmiş və müvafiq olaraq konfransın materiallarında nəşr olunmuşdur. Monoqrafiyanın mövzusu ilə bağlı doktorant M.Ə.Hüseynovun 9 elmi məqaləsi nəşr olunmuşdur.
Monoqrafiyada Milli Azərbaycan şərbətlərinin və spirtsiz içkilərin istehsalında istifadə olunan xammallar, Azərbaycan milli şərbətlərinin və içkilərinin çeşidi, spirtsiz içkilərin, o cümlədən respublikada çıxarılan və istifadə olunan mineral suların çeşidi, meyvə və tərəvəz şirələri, Azərbaycan çayı və digər isti və soyuq içkilər haqqında geniş məlumat verilir. Kitabda spirtsiz içkilərin insan orqanizminə fizioloji təsiri və milli içkilərin müalicəvi əhəmiyyəti, eləcə də Azərbaycan milli şərbətlərinin keyfiyyət ekspertizası və onun nəticələrinin müzakirəsi geniş ədəbiyyat məlumatları və müəllifin öz tədqiqat işlərinin nəticələri əsasında ətraflı izah edilir.
Kitabda Milli Azərbaycan şərbətlərinin hazırlanması üzrə ”Texnoloji Təlimat” və Ovşala şərbəti üçün hazırlanıb təsdiq olunmuş “Texniki şərtlər”-də öz əksini tapmışdır.
Kitabın ön sözü, I, IV, V, və VIII fəsillər prof. Ə.İ.Əhmədov, II, III, VI və VII fəsillər isə doktorant M.Ə.Hüseynov tərəfindən yazılmışdır.
Kitabdakı məlumatlardan tələbələr, o cümlədən magistrlər, dissertantlar, doktorantlar, eləcə də spirtsiz işkilərin istehsalı və satışı ilə məşğul olan praktiki mütəxəssislər istifadə edə biləcəklər.
Dostları ilə paylaş: |