MEYVƏ-GİLƏMEYVƏ KVASI
5 litr içki üçün: meyvə-giləmeyvə şirəsi-2 litr, şəkər-300 q, preslənmiş maya-50 q, su-3 litr.
Şəkəri su ilə qarışdırıb qaynayana qədər qızdırırıq. Kəfini yığıb, üzərinə meyvə-giləmeyvə şirəsi əlavə edilir və otaq temperaturuna qədər soyudulur. Üzərinə ilıq suda həll edilmiş maya əlavə olunub 10 saat 20-25oC temperaturda ağzı örtük qabda qıcqırdılır. Qıcqırmış kvas süzülür, butulkalara tökülüb, soyuducuya qoyulur. 2-3 gün ərzində içilməlidir, çünki uzun müddət saxlanılan kvas dadını itirir və turşuyur.
Dostları ilə paylaş: |