Şəkər və ya şərbət qatılmış şirələr. Bəzi meyvə-giləmeyvələrin təbii şirələrinin turşuluğunu azaltmaq və tərəvəz şirələrinin dadını yaxşılaşdırmaq üçün onlara şəkər qatılır.
Saturasiya edilmiş və ya karbon qazı ilə doydurulmuş şirələr. Karbon qazı şirənin dadını xeyli yaxşılaşdırıb, ona təravətləndirici xassə verir. Ev şəraitində belə şirələri hazırlamaq mümkün deyil.
Meyvə toxuması hissəciklərinin olmasına və şəffaflıq dərəcəsinə görə şirələr iki qrupa bölünür. Lətsiz və lətli (meyvənin ləti ilə birlikdə hazırlanır) şirələr. Lətsiz şirələr də öz növbəsində, açıq rəngli şəffaf və tünd rəngli şirələrə bölunür. Şəffaf şirələrin xarici görünüşu və dadı çox cəlbedicidir. Lakin bioloji dəyərliliyinə görə şəffaflaşdırılmamış və lətli şirələr daha dəyərli qida məhsulu hesab edilir.
Konservləşdirilmə üsullarına görə şirələr pasterizə edilmiş, sterilizə edilib süzülmüş, soyuqda saxlanılmış, spirtləşdirilmiş və sulfitləşdirilmiş şirələrə ayrılır. Antiseptiklərlə konservləşdirilmiş şirələri (spirtləşdirilmiş və sulfitləşdirilmiş şirələri) ayrılıqda içki kimi istehlak etməyib, sənayedə təkrar emal yolu ilə şərbət və ya spirtli içkilər hazırlayırlar. Ev şəraitində əsasən pasterizə edilmiş meyvə-tərəvəz şirələri hazırlanır.
Dostları ilə paylaş: |