ALBALI+GİLAS ŞİRƏSİ Albalı+gilas şirəsi hazırlamaq üçün ayrı-ayrılıqda hazırlanmış albalı şirəsindən 65%, gilas şirəsindən 35% götürüb qarışdırır, tənzifdən və ya gözcükləri çox xırda olan plastmas ələkdən süzür, emallı qazanda 80–85°C temperatura qədər qızdırır, sterilləşdirilmiş bankalara tökür, yarımlitrlik bankaları 10–15 dəq., litrlik bankaları 15–20 dəq., üçlitrlik balonları 30 dəq. qaynayan suda pasterizə edirlər. Başqa üsulda şirəni qaynayana qədər qızdırıb sterilləşdirilmiş bankalara tökərək dərhal ağzını germetik bağlayır, pasterizə etmədən qapağı üstə qoyub soyudurlar.