Hüseynov Mövlud


MEYVƏ ŞİRƏLƏRİNİN ƏTİRLƏNDİRİLMƏSİ



Yüklə 2,07 Mb.
səhifə82/181
tarix01.01.2022
ölçüsü2,07 Mb.
#103753
1   ...   78   79   80   81   82   83   84   85   ...   181
MEYVƏ ŞİRƏLƏRİNİN ƏTİRLƏNDİRİLMƏSİ
Meyvə şirələrini iki üsulla ətirləndirmək olar.

1. Təzə və ya qurudulmuş ətirli-ədviyyəli bitkiləri doğrayıb üzərinə səthinə çıxana qədər şirə tökülür, qaynayana qədər qızdırılır. Qazanın qapağı örtülü olmalıdır. Sonra şirəni soyudub sıx parçadan süzür, cecəni sıxır və alınmış ətirli şi­rəni ümumi şirəyə qatırlar. Şirəni 85°C temperatura qədər qızdırır, bankalara töküb germetik bağlayırlar.

2. Təzə ətirli-ədviyyəli bitkiləri təmizləyib yuyur, suyu süzüldükdən sonra qaranlıq yerdə sərib qurudurlar. Sonra bankaya töküb üzərinə 50–60°C-yə qədər qızdırılmış şirə tökülür, 90°C-də yarımlitrlik bankalar 15 dəq., litrlik banka­lar 20 dəq., üçlitrlik bankalar 30 dəq. pasterizə edilir. 1 litr şirə üçün 25 q təzə və ya 10 q qurudulmuş ətirli-ədviyyəli bitki, ya da 0,5 q mixək və ya darçın götürülür. Ətirli-ədviyyəli bitkilərdən reyhan, tərxun, nanə, dağ nanəsi, bədrənc, ətir­şah, cəfəri (pomidor şirəsi üçün) və s. istifadə edilir.
TƏRƏVƏZ ŞİRƏLƏRİNİN ÇEŞİDİ
Təbii tərəvəz şirələri tərəvəzlərin hüceyrə şirəsindən və onların lətindən ibarətdir. Öz kimyəvi tərkibinə və qidalılıq dəyərinə görə tərəvəz şirələri hazırlandıqları xammalın özünə oxşayır. Onları sərinləşdirici və qidalı içki kimi istehlak edirlər.

Ən çox tələb olunan pomidor şirəsidir. Şirə hazırlamaq üçün çuğundur, yerkökü, duza qoyulmuş kələm də yarayır. Uşaq və pəhriz qidası üçün qarpız, qovun, qabaq şirəsi də hazırlana bilər.

Bəzi qarışıq tərəvəz şirələri də hazırlanır. Ən çox hazırlanan qabaq+yerkökü və yerkökü+ çuğundur şirəsidir.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin