YERKÖKÜ+ÇUĞUNDUR ŞİRƏSİ Yerkökü+çuğundur şirəsi üçün yerkökü və çuğundurdan ayrı- ayrılıqda şirə hazırlanır. Şəkərdən 50%-li şərbət bişirilir və hər kq şəkərə 1 x. q. limon turşusu əlavə edilir. 1 litr şirə hazırlamaq üçün 700 ml yerkökü şirəsi və 250 ml çuğundur şirəsi qarışdırılaraq süzülür, üzərinə 50 ml 50%-li turşulaşdırılmış şəkər şərbəti tökülür, 80–85°C temperatura qədər qızdırılaraq, bankalara yığılır. Yarımlitrlik bankalar 10–15 dəq, litrlik bankalar 15–20 dəq, üçlitrlik balonlar 30 dəq qaynayan suda pasterizə edilir. Bankaların ağzı germetik bağlanır, qapağı üstə soyudulub qaranlıq və sərin yerdə saxlanılır.