Hüseynov Mövlud


MEYVƏ-TƏRƏVƏZ ŞİRƏLƏRİNİN



Yüklə 2,07 Mb.
səhifə88/181
tarix01.01.2022
ölçüsü2,07 Mb.
#103753
1   ...   84   85   86   87   88   89   90   91   ...   181
MEYVƏ-TƏRƏVƏZ ŞİRƏLƏRİNİN

KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

Meyvə-giləmeyvə şirələrinin keyfiyyətinə aşagıdakı tələblər verilir. Şəffaflaşdırılmış şirələr şəffaf, rəngi təzə şirəyə uyğun, dadı xammalın dadını verməlidir.

Şəffaflaşdırılmamış şirələrdə hissəciklər xırda olmaqla eynicinslü, qeyri-şəffaf, rəngi hazırlandığı məhsulun rənginə uygun, dad və ətri yaxşı hiss olunmalıdır.

Hemogenləşdirilmiş şirələr eynicinsli, özlü, elastiki, kobud hissəciksiz, dadı, ətri və rəngi təbii meyvə-giləmeyvəyə uygun olmalıdır.

Təbii şirələrin əla sortunda spirtin miqdarı 0,3%-dən, I sortunda isə 0,5%-dən cox olmamalıdır.

Şirələrin keyfiyyət göstəricilərinə onların xüsusi cəkisi, quru maddələrin miqdarı, şəkər qatılmış şirələrdə isə şəkərin miqdarı və bəzi şirələrdə turşuluğun miqdarı da aiddir.

Təbii şirələrin qıcqırmasının qarşısını almaq üçün (üzüm şirəsindən başqa) onlara 0,06%-dən çox olmayaraq sorbin turşusu qatmağa icazə verilir.

Şəffaflaşdırılmış və şəffaflaşdırılmamış, həmçinin, şəkər əlavəli şirələrdə həcmə görə 0,1-0,3% çöküntü olmasına yol verilir. Spirtin miqdarı 0,4%-dən, sorbin turşusunun miqdarı isə 0,06%-dən çox olmamalıdır.

Meyvə-tərəvəz şirələrinin tərkibində qalayın miqdarı 1 litrdə 100 mq-dan, misin miqdarı 5 mq-dan çox olmamalıdır.

Lətli şirələrdə şəffaflaşdırılmış şirələrə nisbətən minerallı maddələrin və vitaminlərin miqdarı nisbətən çoxdur. Lətli şirələr bioloji cəhətdən də dəyərli hesab edilir. Ona görə də lətli şirələrin istehsalının artırılması vacib məsələlərdən biridir.

Respublikamızda son illər üzüm və meyvə-giləmeyvə istehsalı artmışdır. Məhz buna görə də meyvə-giləmeyvə şirələrinin istehsalını artırmaq üçün lazımi xammal bazası vardır. Təbii şirələri istehsal edərkən onları tam şəffaflaşdırmaq məsləhət görülmür, çünki şəffaflaşdırma ilə əlaqədar şirənin tərkibindəki bioloji fəal maddələrin 50%-dən çoxu azalır.

Meyvə-giləmeyvə şirələrinin istehsalını artırmaqla yanaşı onların çeşidi genişləndirilməli və keyfiyyəti yüksəldilməlidir.

Şirə istehsalında yabanı meyvə-giləmeyvədən də geniş istifadə edilməlidir. Məsələn, mədəni armud şirəsi hazırladıqda ona 20% yabanı alma şirəsi qatdıqda içkinin dad və ətri yaxşılaşır. Meyvə-giləmeyvə şirələrini yaxşı olar ki, 0,5 litrlik şüşə butulkalara qablaşdırsınlar. Çünki 3 litrlik balonları açdıqda birbaşa içmək olmur və şirə qalıb öz keyfiyyətini itirir. İri həcmli qablarda şirələri su köşkləri üçün buraxmaq lazımdır.

Respublikada diabetlər üçün xüsusi şirə istehsal edilməsi də lazımdır. Bu məqsədlə sorbit, ksilit və s. bu kimi süni şirin maddələrdən istifadə edilməlidir. Uşaq qidası üçün isə meyvə-tərəvəz şirəsi çox az istehsal edilir. Bunların istehsalına da başlamaq məhsul çeşidinin artırılmasına zəmin yaradır.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin