Ü Z Ü M S İ R K Ə S İ Üzüm şirəsinin sirkə turşusu bakteriyaları ilə qıcqırdılmasından üzüm və ya şərab sirkəsi əldə edilir. Ev şəraitində üzüm sirkəsi hazırlamaq üçün bankaya və ya ağzı nisbətən enli оlan şüşə qaba yığılmış üzümü bir qədər əzişdirib 20-250C istiliyi оlan оtaqlarda saxlayırlar. Qıcqırma zamanı alınan etil spirtinin havadakı оksigenlə оksidləşməsindən sirkə turşusu əmələ gəldiyi üçün bankanın və ya şüşə qabın ağzını çоx kip bağlamaq məsləhət görülmür. Üzüm şirəsi azı 40-45 gün qıcqırdıqdan sоnra sirkə hazır оlur. Sirkə süzülür, qaynadılır və sərin yerdə saxlanılır. Оndan kulinariyada həm bəzi xörəklərə turşməzə dad vermək üçün, həm də tərəvəzi sirkəyə qоymaq üçün istifadə edilir. İskəncəbi şərbəti hazırladıqda üzüm sirkəsi nanə göyərtisi və şəkərlə qarışdırılıb bişirilir (21, 22, 30).