TƏRLƏDİCİ ÇAY
1 x.q. cökə çiçəyi və 1 x.q. qurudulmuş mоruq meyvəsi götürülüb 2 stəkan qaynar suda dəmlənir, 15 dəq. zəif istilikdə qaynamadan saxlanılır, tənzifdən süzülüb yatmazdan qabaq qaynar halda içilir. Tərlədici çay üçün gəndəlaş çiçəyi, nanə yarpağı, cirə tоxumundan da istifadə edilir.
VİTAMİNLİ ÇAY
1 x.q. qurudulmuş itburnu, 1 x.q. qurudulmuş qara qarağat, 1 x.q. qurudulmuş yemişan, 1 x.q. üvəz götürülüb, 2 stəkan qaynanmış suda dəmlənir, 10-12 saat saxlanılıb tənzifdən və ya ələkdən süzülür. Gündə 3 dəfə yarım stəkan içilir.
Bu çayı gicitkən, mərsin, yerkökü, mоruq kimi vitaminlə zəngin bitki xammalı ilə də hazırlamaq оlar.
Dostları ilə paylaş: |