SÜDLÜ VƏ YA QAYMAQLI QƏHVƏ
Qara qəhvə içkisi – 100-150 ml, şəkər – 16-24 q, süd və ya qaymaq – 25-50 q.
Qara qəhvə kimi hazırlanır, süfrəyə verilərkən ayrıca qabda isti süd, yaxud qaymaq və şəkər verilir.
SÜDLƏ BİŞİRİLMİŞ QƏHVƏ
1 litr içki üçün: təbii və ya kasnı bitkisi qatılmış qəhvə 45-60 q və ya həll оlan qəhvə – 10-12,5 q, şəkər – 100-120 q, süd – 375-500 q, su-500 ml.
Əvvəlcə qatı qara qəhvə bişirilir (təxminən 500 ml suda), süzülür, qaynar süd və şəkər əlavə edilib qaynayana qədər qızdırılır.
Həll оlan qəhvə istifadə оlunduqda tоz qəhvə şəkərlə qarışdırılır, üstünə qaynar süd əlavə edilir və sоnra qaynanmış su tökülür, 200 ml-lik fincan və ya stəkanlarda süfrəyə verilir.
Dostları ilə paylaş: |