4.3. GÜLABIN HAZIRLANMASI
Gülab qızılgül ləçəklərinin su buxarı ilə distilləsindən alınan ətirli sudur. Bunun üçün yığılmış qızılgül ləçəkləri xüsusi qazana (Mey qazanına və ya distilyat aparatına) tökülür, üzərinə su əlavə edilib (1 kq qızılgül ləçəklərinə 15 litr su götürülür) xüsusi qayda ilə 1,5-2,0 saat ərzində qızdırılır və su buxarı vasitəsi ilə distillə olunaraq distilyat təmiz balonlara və ya iri şüşə qablara yığılır.
Gülabdan Azərbaycan şərbətlərinin hazırlanmasında, eləcə də milli xörəklərdən firni, südlü sıyıq, halva və s. bu kimi şirin xörəklərin bişirilməsində istifadə olunur.
Qeyd: Ətirli bitkilərdən də ətirli distilyat gülab kimi hazırlanır. Bu məqsədlə Azərbaycanda qədimdən boymadərən, bədmüşk, reyhan, nanə, kəklikotu və s. bu kimi ətirli bitkilərdən ətirli distilyat hazırlanır, şərbətlərin hazırlanmasında və müalicəvi məqsədlər üçün istifadə olunur.
Dostları ilə paylaş: |