(“Ovşala” şərbəti - sirop) HAZIRLANMASI
“Milli Azərbaycan şərbəti” (“Ovşala” şərbəti) Dövlətlərarasi standart - a (ГОСТ 28499-90 Сиропы. Общие технические условия) əsaslanaraq hazırlanır.
10 litr həcmində Ovşala şərbəti (sirop) hazırlamaq üçün aşağıdakı xammal və yarimfabrikatlar lazımdır.
Şəkər tozu – 6 kq., su – 1,5 litr., gül suyu – 3 litr., gülab – 1,5 litr., boymadərən dstillyatı - 1,0 litr.
Limon turşusu – 24 qr. (Gülsuyu hazırladıqda istifadə olunan limon turşusunun miqdarı nəzərə alınmalı və müvafiq olaraq azaldılmalıdır).
Su şəkər tozu ilə qarışdırılır, üzərinə limon turşusu əlavə edilib qaynadılır. Lazım gələrsə ikiqat tənzifdən (cunadan) süzülüb soyudulur. Üzərinə gül suyu, gülab və boymadərən distilyatı əlavə edilib qarışdırılır. Butulkalara doldurulduqdan sonra 80-85oC temperaturda 15-20 dəqiqə pasterizə edilməli, soyuduqdan sonra etiketlənməli və gözcükləri olan plastmass yeıiklərə yığılmalıdır.
“Milli Azərbaycan şərbəti” çöküntüsüz özlü şəffaf məhluldur. Şəkərin kütlə payı 50 ± 1,0 faizdən az olmamalıdır. İçildikdə 1: 6 nisbətində bulaq cuyu ilə durulaşdırılmalıdır. Keyfiyyət göstəricilərinin təyini və sınaq üsulları ГОСТ 28499-90-da göstərilən normativ sənədlərə istinadın aparılmalıdır.
Pasterizə edilmiş “Milli Azərbaycan şərbəti” 0oC- 20oC temperaturda 180 gün (6 ay) günəş şüalarından qorunmaqla saxlanəla bilər.
Dostları ilə paylaş: |