Şərbətlərdə turşuluğun təyini nümunənin 0,1 normal qələvi məhlulu ilə titrlənməsinə əsaslanır. Spirtsiz içkilərin turşuluğu 100 ml içkinin tərkibindəki turşuların neytrallaşmasına sərf olunan qələvi məhlulunun ml-lə miqdarı ilə ölçülür.
Tədqiq olunan nümunədən 10 ml pipetka ilə 100 ml-lik kolbaya tökür, üzərinə 30- 50 ml distillə suyu əlavə edirik. Karbon qazının tam ayrılması üçün kolbadakı qarışıq qaynayana qədər qızdırılır. Qaynar məhlulun üzərinə 2- 3 damcı fenolftalein indiqatoru əlavə edib 0,1 normal qələvi məhlulu ilə 1 dəqiqə ərzində itməyən açıq çəhrayı rəng alınana qədər titrləyirik. Qazsız şərbətlərin turşuluğu təyin edildikdə nümunə qaynayana qədər qızdırılmır.
Turşuluq (X) aşağıdakı düstur üzrə hesablanır:
və ya X = Y· K
burada,
Y - titrlənməyə sərf olunan 0,1 normal qələvinin miqdarı, ml- lə;
K - qələvi məhlulunun normallıq əmsalı;
10 - titrlənməyə götürülən içkinin miqdarı, ml- lə;
10-0,1 normal qələvi məhlulunu 1 normal qələvi məhluluna çevirmək üçün əmsal;
100 - 100 ml içkiyə görə hesablamaq üçün.
Nəzarət və elmi- tədqiqat işlərində qələvinin normallıq əmsalı tapılıb düsturda istifadə edilir. Tədris təcrübəsində K vahid götürülür.
Məsələn, 10 ml içkinin tərkibində olan turşuların neytrallaşmasına 2,5 ml 0,1 normal qələvi məhlulu sərf olunmuşdur. Qələvinin normallıq əmsalı K=0,9850 olduqda içkinin turşuluğu X=0,9850x2,5=2,46 ml olur.
Ovşala içkisində turşuluq 100 ml içkidə 1,2- 1,5 ml 1 normal qələviyə uyğun olmalıdır.
Digər şərbətlərdə 1,5- 2,0 ml ola bilər.
Qeyd: Əgər ovşala şərbəti karbon qazı ilə doydurularsa içkinin davamlılığı və karbon qazının miqdarı QОST 6687.6-ya uyğun olaraq təyin olunur.
Dostları ilə paylaş: |