Əsas tədqiqat obyekti Yuxarıda spirtsiz içkilərdən оrta nümunə götürülməsinin ümumi qaydasını izah etdik. Biz tədqiqat aparmaq üçün tərəfimizdən hazırlanan “Ovşala”, “İskəncəbi”, “Limon” və “Reyhan” şərbətləri, eyni zamanda ticarət şəbəkəsində satılan 3 çeşiddə spirtsiz içki (“Gülüstan”, “Mirinda”, “Ekzotik”) götürmüşük. Ovşala şərbətinin texnoloji təlimatı və texniki şərtləri tərəfimizdən hazırlanmış və kitabın VI fəslində müfəssəl verilir. Ümumiyyətlə 7 çeşid spirtsiz içkinin, о cümlədən 4 çeşid şərbətin оrqanоleptiki və fiziki-kimyəvi göstəricilərini tədqiq etmişik. Bu içkilərin (şərbətlərin) səciyyəsi kitabın III və VI fəsillərində verilmişdir.