BOYMADƏRƏN haqqında kitabın VI fəslində (“Ovşa-la” şərbətinin hazırlanması üzrə “Texnoloji Təlimat”-da) geniş məlumat verilir (səh.179).
CÖKƏ
Cökə fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər hündürlükdə ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda yetişəni, əsasən Qafqaz cökəsi adlanır.
Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun da tərkibində farnezol (C15H26O) maddəsi vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində gesperidin (C28H50O15) və tiliasin tipli flavon qlükozidləri, aşı maddələri, karotin və C vitamini, saponin, üzvi turşular və s. maddələr, toxum ləpəsində isə 58% yağ var.
Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir.Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi vardır.Qədim vaxtdan bəri cökənin iyun və iyul aylarında toplanmış və qurudulmuş çiçəklərindən xalq təbabətində dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.
Dostları ilə paylaş: |