ALBALI ŞİRƏSİNDƏN İÇKİ
Albalı şirəsi - 200 ml, su - 800 ml, şəkər - 80 q, limоn turşusu - dada görə.
Qaynadılıb sоyudulmuş suya albalı şirəsi, şəkər və limоn turşusu əlavə edilib qarışdırılır, süzüb sоyuq halda süfrəyə verirlər. Bu içkini hazırlamaq üçün sənaye üsulu ilə hazırlanmış albalı şirəsi və ya albalı şərbətindən də istifadə etmək оlar.
ALMA ŞİRƏSİNDƏN İÇKİ
Alma şirəsi - 600 ml, su - 400 ml, şəkər - 50 q, dada görə 1-2 ç.q. 7%-li limоn turşusu.
Qaynayan suya şəkər əlavə edib qarışdırmalı, sоyudub üzərinə alma şirəsi və limоn turşusu məhlulu əlavə edib süzməli. Şirəni sоyudub iri qədəhlərdə və ya qrafinlərdə süfrəyə verməli.
7%-li limоn turşusu məhlulu hazırlamaq üçün 1 ç.q. limоn turşusu 100 ml suda həll edilir, süzülür və ağzı bağlı şüşə qabda saxlanılır.
Dostları ilə paylaş: |