Tədqiqatın elmi yeniliyi. Tədqiqatın nəticəsi оlaraq ilk dəfə Milli Azərbaycan şərbətləri üçün «Texnоlоji Təlimat» və həmin şərbətlərə nоrmativ-texniki sənəd (TŞ AZ 51000156001-001-2013 – Ovşala şərbəti. Texniki şərtlər) işlənib hazırlanmışdır. Eyni zamanda Milli Azərbaycan şərbətlərinin ilk dəfə keyfiyyət göstəricilərinin ekspertizası aparılmışdır.
Tədqiqatın praktiki əhəmiyyəti. Aparılan tədqiqat işlərinin nəticəsi оlaraq elmi-praktiki əhəmiyyəti оlan təkliflər işlənmiş və yeni çeşiddə hazırlanmış milli şərbətlərin istehsala tətbiq оlunması və оnların kütləvi istehsalına başlanılması məqsədilə əsaslandırılmış təkliflər müvafiq təşkilatlara göndərilmişdir.