Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə84/181
tarix01.01.2022
ölçüsü2,07 Mb.
#103753
1   ...   80   81   82   83   84   85   86   87   ...   181
DUZLU KƏLƏM ŞİRƏSİ
Bu şirəni qıcqırma prosesi başa çatdıqda və lazımi qədər süd turşusu toplandıqdan sonra turşudulmuş kələmi süzməklə əldə edirlər. Rəngi şəffaflaşdırılmış və şəffaflaşdırılmamış duzlu kələm şirəsi hazırlana bilər. Duzlu kələm şirəsini şüşə butulkalarda konservləşdirirlər. Tərkibində 10 mq% askorbin turşusu, 1,4-1,5% üzvi turşu və 1,4-1,8% xörək duzu olur.

YERKÖKÜ ŞİRƏSİ
Şirə hazırlamaq üçün yerkökünun iri və şirəli sortla­rından istifadə etmək lazımdır. Yerkökü axar suyun altında tə­miz yuyulur, saplağı kəsilir, suyu süzülmək üçün süzgəcə yığılır. Şirəçəkən maşından keçirilir və tənzifdən süzülür. Şirə emallı qazanda 60–70°C temperatura qədər qızdırılır, banka və balonlara töküldükdə ikinci dəfə yenə tənzifdən sü­zülür, yarımlitrlik bankalar 20 dəq., litrlik bankalar 30 dəq., üçlitr­lik balonlar 45–50 dəq. qaynayan suda pasterizə edi­lir. Tənəkə qapaqla germetik bağlanılır, qapağı üstə so­yu­dul­ur. Şirə dolu bankalar qaranlıq və sərin yerdə sax­lanılır.

Aşxana çuğunduru və balqabaqdan da bu üsulla şirə hazırlamaq olar.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin