O 2
soyadı və adı ____________________
tarix________________________
1. Feilin aşağıdakı növlərindən birində iş görən qrammatik cəhətdən məlum olmur.
a) məlum növ b) məchul növ c) qayıdış növ d) icbar növ
2. Fərqləndirilmiş feillərin qrammatik məna növünü müəyyənləşdir.
Günəş doğdu, yer şəfəqə büründü,
Bulud qaçıb üfüqlərdə süründü,
Ürəyimdə Heydərbaba göründü.
a) məlum növ b) məchul növ c) qayıdış növ d) icbar növ
3. Feili sifətdə hansı nitq hissələrinin əlamətləri olur?
a) ismin və sifətin b) sifətin və zərfin c) feilin və zərfin d) feilin və sifətin
4. Feili sifətlərdən ibarət cərgəni göstər.
a) qorxmalı, baxılmış b) qorxaq, baxış c) sınıq, qırıq d) gülünc, qorxunc
5. Feili bağlamanı göstər.
Görüb gül üzünü gəncin o pəri,
Ürəkdən bağlandı, xoşladı Xeyri
a) gəncin b) ürəkdən c) görüb d) pəri
6. Sonra, əvvəl, qabaq sözləri mənaca qoşmanın hansı növünü bildirir?
a) zaman b) məsafə c) aidlik d) bənzətmə
7. " Düşmənə qarşı qılınc işlət, xalqa qarşı qanun " cümləsində qoşma hansı mənanı
ifadə edir?
a) istiqamət b) zaman c) məsafə d) səbəb-məqsəd
8. “Gah gün çıxır, gah da bulud olurdu” cümləsində işlənən bağlayıcı hansı növə aiddir?
inkar b) bölüşdürmə c) iştirak d) qarşılaşdırma
9. “ Elə sən mən deyən adamsan, Güləli.”cümləsində ədatın hansı məna növü
işlənmişdir?
arzu b) dəqiqləşdirici c) əmr d) məhdudlaşdırıcı
10. Cümlədə modal sözlərin hansı növü işlənib?
“ Şübhəsiz, sənin yaratdığın gülüstan həmişə gülzar olacaqdır.”
nəticə b) təsdiq c) bənzətmə d) fikrin mənbəyi
doğru ___________________
yanlış __________________
qiymət______________________
Komissiya üzvləri:
Direktor:
Müavin:
Fənn müəllimi:
Dostları ilə paylaş: |