7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi
7-ci sinif Azərbaycan dili II bölmə üzrə KSQ 2 Şagirdin soyadı və adı_______________________________ sinif_______________ tarix_________________ 1-3 –cü suallar mətnlə bağlıdır S İ L U E T
XVIII əsrdə Fransada yürüdülən maliyyə siyasəti nəticəsində dövlət xəzinəsi tamamılə boşalmışdı.Bunun əsas səbəbi orduya və zadəganlara böyük pullar ayrılması idi. Dövlət kəndlilərdən verginin yığılmasını özəl bir şirkətə tapşırmışdı və ona müəyyən bir vergi planı qoymuşdu.Bu plandan artıq yığılan məbləğ şirkətə qalırdı.Təbii ki, şirkət özünə daha çox pul əldə etməyə çalışırdı, nəticədə isə ___________
XVIII əsrin sonuna yaxın Fransa kralı XV Lüdovik yeni maliyyə naziri təyin etdi.Bu şəxs saray əyanlarına və zadəganlara ayrılan vəsaitləri xeyli azaltdı. Onun göstərişi ilə__________
Əlbəttə, onun islahatları zadəganlar tərəfindən etirazla qarşılandı. Saray əyanları maliyyə nazirini xəsis adlandırır
ə ona kinayə edirdilər. Bununla belə, onun apardığı siyasət nəticəsində____________
Maliyyə naziri onu xəsis adlandıranlara çox maraqlı tərzdə cavab verirdi.O, kağız üzərində harınlaşmış,yekəqarın əyanların karikaturasını konturlarla çəkirdi.Bu şəkillərdə heç bir sifət cizgisi olmasa da, hər kəs özünü tanıyırdı.Həmin nazirin adı Etyen de Siluet idi. O vaxtdan heç bir əlavə detal olmadan yalnız ətraf konturları görünən istənilən predmet onun adı ilə siluet adlanır.
1.Mətnin məzmunundan çıxış edərək cümlələri davam etdirin.
A) ölkədə iqtisadı vəziyyət sabitləşdi.
B) xalq çapıb-talanırdı.
C) kəndlilərdən yığılan verginin miqdarı dəqiq müəyyənləşdirildi.
2.Birinci abzasda altından xətt çəkilmiş sözlərin hamısı üçün ortaq cəhəti göstərin.
________________________________________________________________________
3.” Ayrılması idi” sözündə idi hissəciyinin ayrı yazılışının səbəbini izah edin.
________________________________________________________________________
4. Tələffüz formasında verilmiş feilləri orfoqrafik normalara uyğun yazın.
Biri vardı,biri yoxdu,bir kəndli vardı.Bu kəndlinin bir parça bostan yeri vardı.Kəndli burada qovun əkmişdi.Qovunlar şəkər kimi şiriniydi.İndi kəndli qovunlara daha yaxşı qulluq etməliydi.Yoxsa məhsul bata bilərdi._________________________________________________________________
5.Feilləri tapın , şühudi keçmiş zaman şəkilçisi qəbul etmiş feillərin altından bir xətt,idi hissəciyi qəbul etmiş feillərin altından iki xətt çəkin.Orfoqrafik normanın pozulduğu sözü göstərin.
1.Dəvə palçığa batdı ,milçək onu çıxartdı.
2. Tez-tez laləli dağları,buz bulaqları xatırlayırdı.
3.Bağrı çatlayardı,daşardı Araz.
Ürəyin dənizə boşaltmasaydı.
4. Dəvə durdu,dam uçurdu.
6. Feilləri cədvəl üzrə qruplaşdırın.1)işlənərdi, 2) deyirmiş, 3) çağırdı 4) soruşacaqmış, 5) yandırdı , 6) danışırsa, 7) gətirsə 8) yığmadı, 9) boyanmışdır, 10) qoparırsa, 11) keçirirdi, 12) gəlirsə, 13)fikirləşməzdi
Keçmiş zaman şəkil
çisi qəbul edib
Şərt şəklindədir
Imiş hissəciyi ilə işlədi
lib
Idi hissəciyi ilə işlə-dilib
Isə hissəciyi ilə işlədilib
7.Cümlələrdə müvafiq sözlərdən sonra durğu işarələri yazın.Şərt məzmununda işlənmiş feillərin şərt şəklində olduğunu,yoxsa isə hissəciyi ilə işləndiyini əsaslandırın.
1.Əğər sən məni bir dəfə aldadırsansa deməli axmaqlıq edirsən.yox,əgər bacarıb bir də aldadırsansa deməli mən axmaqlıq edirəm
________________________________________________________________________
2.Sənin haqqında nə fikirləşsələr də sən ədalətli saydığını elə.
________________________________________________________________________
3.Əgər biz öz zəif cəhətlərimizi biliriksə bunların bizə ziyanı dəyməz.
________________________________________________________________________
4.Rəqibinə qalib gələ birmirsənsə onunla birləş.___________________________________________________________________
5.Əgər iş varsa icraçısı tapılacaq.________________________________________________________________
8.”Yazsam, yazıramsa”- feilləri haqqında verilmiş fıkırlərdən hansı səhvdir?
A) Hər ikisi feilin məlum növündədir.
B) Hər ikisi sadə feildir.
C) Hər ikisi feilin xəbər şəklindədir.
D) Feillərin birində isə hissəciyi işlədilib.
9.Hansı feillərdə hərf səsdən çoxdur?
1.kövrəlmək 2.təkrarlamaq 3.alışmaq 4.dovşan 5.üzrlü 6.təəccüblənmək
A) 3,6,7 B) 1,2,3
C) 1,6,7 D) 1,4,5
10.Feillərdən hansı sadədir?
A) anlamaq B) başlamaq
C) gözləmək D) işləmək
Səhv___________düz____________qiymət_________________ Müəllim________________________________