1-4-cü tapşırıqlar mətnlə bağlıdır. " İKİ QARDAŞ "
İki qardaş müdrik bir qocadan onları şagird götürməyi xahiş etdi. Lakin qocanın yalnız bir şagird saxlamaq imkanı var idi. Buna görə də düzgün seç... etmək üçün qardaşları sınamaq qərarına gəldi. Qoca, qardaşların hərəsinə bir tapşırıq verdi. Bir qədər keçmiş onlara yaxınlaşıb su gətirməyi xahiş etdi. Qardaşlardan biri o dəqiqə su dalınca getdi, o biri isə yerində qaldı və əvvəlki işini davam etdirdi. Gənc suyu gətirib işini davam etdirmək istəyirdi ki, qoca, qardaşlardan damı təmir etməyi xahiş etdi. ________________________________________ qardaş vedrələri yerə qoyub dama çıxdı, o biri qardaş yenə öz işində idi. Bundan sonra ağıllı qoca əyilmiş çəpəri düzəltməyi xahiş etdi. __________________________________________ qardaş işini yarımçıq qoyub aşağı endi. Qoca yenə damdan şikayət edəndə ___________________________________________________ qardaş heysiz halda yerə çökdü. İkinci qardaş isə işini qurtarıb əvvəl damı, sonra çəpəri təmir etdi. Qoca öz yanında həmin qardaşı saxladı.
1) 1-ci abzasda nöqtələrin yerinə hansı şəkilçi yazılmalıdır? a) –kı4 b) –ıcı4 c) –ım4 d) –ma2
2) Aşağıdakı ifadələri uyğun gələn boşluqlara yazın. damın üstündəki çəpəri düzəltməyə çalışan su gətirən
3) Sizcə, nə üçün qoca öz yanında ikinci qardaşı saxladı? ______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
4) Qoşma kimi işlənən "sonra" sözünün altından xətt çəkin.