I bölmə üzrə kiçik summativ qiymətləndirmə


Azərbaycan dili 7-ci sinif. K.S.Q N



Yüklə 268,5 Kb.
səhifə7/10
tarix15.11.2023
ölçüsü268,5 Kb.
#132550
1   2   3   4   5   6   7   8   9   10
7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi

Azərbaycan dili 7-ci sinif. K.S.Q No 6


soyadı və adı __________________
tarix _________________


1-5-ci tapşırıqlar mətnlə bağlıdır.
Çiçəyə qarşı peyvənd

Çiçək xəstəliyi əvvəllər vəba, taun, və başqa yoluxucu xəstəliklər kimi qorxunc və təhlükəli olmuşdur. XVIII əsrdə ingilis həkimi və bioloqu Edvard Cenner ............................ etmişdi ki, inək sağan qadınlar çiçək xəstəliyinə tutulmurlar. Cenner bunu onunla ......................... etmişdi ki, (1) inək südünün tərkibində olan xüsusi maddə sağıcıların əllərindəki (2) çatlara hopur, nəticədə həmin adamlarda xəstəliyə qarşı immunitet yaranır. Buna əsaslanan Cenner vaksin adlanan peyvənd materialı hazırlamış, və çiçək xəstəliyinə tutulmuş 8 yaşlı uşağa ........................... etmişdi.


Beləliklə, bu gün çiçəyə qarşı peyvənd üsulunun kəşfi Cannerin adı ilə bağlanır. Əslində isə bu üsul ondan xeyli əvvəl Osmanlı imperiyasında məlum idi. Belə ki, 1717-ci ildə İngiltərənin Osmanlı dövlətindəki səfirinin xanımı Meri Montegü yerli əhalinin mədəniyyəti, məişəti, həyat tərzi ilə yaxından tanış olmuş, burada gördükləri və eşitdikləri barədə məktublar yazmışdı. Xanım Montegü öz qızı ilə (2) oğlunu da (1) burada (2) peyvənd etdirmişdi. Sonralar dünya ədəbiyyatı tarixinə "Montegünün məktubları" adı ilə (1) daxil olan bu yazılardan da məlum olur ki, həmin vaxt Osmanlı türkləri _________________________________________________________________
bilirlərmiş.

1) Mətnin məzmunundan çıxış edərək sonuncu cümləni tamamla.


2) Birinci abzasda nöqtələrin yerinə "peyvənd", "müşahidə", "izah" sözlərini yaz.


3) Birinci abzasdan çıxış edərək "immunitet" sözünün mənasını açıqla.


_______________________________________________________________________

4) Mətndə altından xətt çəkilmiş sözlərin qrammatik mənasını yaz.


ki (1) ____________________ ki (2) ______________________


ilə (1) ____________________ ilə (2) ______________________
da (1) ____________________ da (2) ______________________

5) Birinci abzasda işlənmiş "başqa" və "qarşı" sözlərinin mətndəki qrammatik mənalarını yaz.


başqa -___________________ qarşı- ______________________

6) "Sən də öz torpağın uğrunda döyüşməlisən" – cümləsində "də" bağlayıcısının yerini elə dəyiş ki, ədat yerində iştirak etsin.


______________________________________________________________________________________________________________________________________________



Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin