Təsdiq edirəm______________Məktəbin direktoru_______________
BÖYÜK SUMMATİV QİYMƏTƏNDİRMƏ 1 Azərbaycan dili- VII sinif
1. Şəxssiz növ felli cümləni göstərin:
a) Onlar Hüseyn Cavid haqqında maraqlı tədqiqat aparırdılar.
b) Orkestrdə bu alətdən istifadə olunur.
c) Yazda toxum səpildi.
d) Dostlar tez-tez yazışırdılar.
2. Subyektin altından bir, obyektin altından iki düz xətt çəkin:
Mübariz avtomatı bərk-bərk sinəsinə sıxdı.
3. Zərifə xanım, bu gün xüsusilə gözəl görünürsünüz. – Cümləsini nə adlandırmaq olar.
a) nitq etiketi b) kompliment c) muştuluq
4. Dördündən biri qrammatik məna növü baxımından fərqlidir.
a) görüşmək b) döyüşmək c) yazışmaq d) mələşmək
5. Tanış olduğunuz yeni sözləri onların izahı ilə uyğunlaşdırın.
1) umman 2)xaniman 3) qiyamət 4) pərdə
Simli alətlərin qolundakı bölmələrdən biri
ev – eşik, ata yurdu, məskən
böyük dəniz, dərya, okean
məşhər günü
6. Keçirərmişlər - felində - miş ......
a) İmiş hissəciyinin ixtisar formasıdır.
b) Nəqli keçmiş zaman şəkilçisidir.
7. Aşağıdakı sözlərdən biri fel deyil.
a) bilsə b) işlədirsə c) zəngindirsə d) bilirsə
8. Tələffüz formasında verilmiş felləri düzgün formada yazın:
{gəlməliymiş} -
{gəlsəydi} -
{başdıyasıydı} -
9. Təsriflənməyən felin altından xətt çəkin:
Qurddan qorxan qoyun saxlamaz.
10. Hansı sözü şəxsə və kəmiyyətə görə dəyişmək mümkün deyil.
a) demişdir b) deyilən c) deyir d) danışır
Səhv cavablar: ____ Düzgün cavablar:_____ Qiymət:_______
Müəllim______________
Azərbaycan dili 7-ci sinif. B.S.Q N
Dostları ilə paylaş: |