I bölmə üzrə kiçik summativ qiymətləndirmə



Yüklə 268,5 Kb.
səhifə1/10
tarix15.11.2023
ölçüsü268,5 Kb.
#132550
  1   2   3   4   5   6   7   8   9   10
7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi


I Bölmə üzrə kiçik summativ qiymətləndirmə. KSQ1
Şagirdin adı, soyadı___________________________________________
Tarix__________________________________________________________

1-4-cü tapşırıqlar mətnlə bağlıdır.


Qayıq
Sahibkar qayığını rənglə_mək üçün qonşuluqda yaşayan balıqçını dəvət etdi. İş vaxtı balıqçı qayığın dibində deşik olduğunu gördü və onu bağladı. Qayığı boyayıb qurtardı,əməkhaqqını alıb sahilə getdi. Onu gözləyən yoldaşları ilə gör_dü və səhərki balıq ovuna hazırlaşmağa başladı.
Səhər aç_dı. Balıqçı torunu yığmaq istəyirdi ki, qapı döy_dü. Gələn sahibkar idi. Əlindəki qızılla dolu kisəni ona uzatdı:
- Buyurun, bu sizin haqqınızdır.
- Nəyə görə, - deyə balıqçı təəccübləndi. – Mən haqqımı almışam!
- O pulu mən qayığın rənglənməsi üçün ödəmişdim. Bunu isə qayığı təmir etdiyiniz üçün verirəm.
- Belə xırda iş üçün? – balıqçı lap məəttəl qaldı. – Mən buna görə pul almaq fikrində deyildim...
- Sizin xırda adlandırdığınız iş mənim uşaqlarımın həyatını xilas edib.Mən qayıqda deşik olduğunu tamam unutmuşdum. Axşam mən iş dalınca şəhərə gedəndə nəzarətsiz qalan uşaqlar qayığa minib dənizə çıxıblar. Biz dəhşət içində idik. Hamı ağla_ırdı. Düşünürdük ki, onlar batıblar. Uşaqlar sağ-salamat qayıtdıqda isə məlum oldu ki, onların həyatını siz xilas etmisiniz...
1. Balıqçı qayığın dibindəki deşiyi nə üçün bağladı?
A) Əlavə əməkhaqqı almaq üçün. C) Boş vaxtı çox olduğu üçün.
B) Bunun təhlükəli olduğunu bildiyi üçün. D) Boya deşikdən axıb getdiyi üçün.
2. Baş verəcək faciəyə hekayə iştirakçılarının hansı hərəkətlərinin səbəb olduğunu yazın.
Sahibkar...............................................................................................................................
Ailə üzvləri............................................................................................................................
Uşaqlar.................................................................................................................................
3. Mətnin ideyasını bir cümlə ilə ifadə edin.
.............................................................................................................................................
.............................................................................................................................................
4.Konteksdən asılı olaraq fərqləndirilmiş feillərdə qrammatik məna növ şəkilçilərini bərpa edin.
5.Şəkilçiləri bərpa edib feilin növünü müəyyənləşdirin.
1. Yenə də üzü payız buludu kimi tut_muşdu. (________________)
2. Cinayətkar tez bir zamanda tut_du. (________________)
3. Babam bağda yeni meyvə ağacları ək_di. (_______________)
4. Nərmin kənddəki rəfiqəsi ilə tez-tez yaz_ır. (_______________)
5. Gözlərimə birdən-birə onun xəyalı gör_dü. (_______________)
6. Bütün işlər bir anda gör_dü. (______________)
7. Körpə uşaq məzəli hərəkətləri ilə hamını gül_dü. (______________)
8. Uşaqlar klounun məzəli hərəkətlərinə gül_dülər. (_______________)
6. Verilmiş feilləri həm məchul, həm də qayıdış növdə işlətməklə cümlələr qurun.
çəkildi, atıldı
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
7. Cümlələrə aşağıdakı mübtədaları əlavə edərək şəxssiz növ feilləri məlum növ feillərə çevirin.
münsiflər heyəti, azarkeşlər, piyadalar, dostlar
1. Təəssüf ki, heç də həmişə yol hərəkəti qaydalarına əməl edilmir.
________________________________________________________________________________________________________________________________________________________
2. Çoxdan davam edən mənasız mübahisəyə bu gün son qoyuldu.
________________________________________________________________________________________________________________________________________________________
3. Hər yerdə idmançılarımızın yarışlarda qazandıqları uğurlardan danışılır.
________________________________________________________________________________________________________________________________________________________
4. Rəfiqəmin mahnı müsabiqəsindəki çıxışına yüksək qiymət verildi.
________________________________________________________________________________________________________________________________________________________
8.Məlum növ feilləri icbar növ feillərlə əvəz edərək yeni cümlələr qurun.
1. Müəllimin tapşırığı ilə şeiri mən oxudum.
____________________________________________________________________________

2. Bayram süfrəsi üçün anama lazım olan ərzaqları həmişə qardaşım alır.


____________________________________________________________________________
Düz cavab_____________________
Səhv cavab___________________-
Qiymət_____________________
Müəllim____________________



Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin