I bölmə üzrə kiçik summativ qiymətləndirmə


) Hansı cümlələrdə modal söz işlənib?



Yüklə 268,5 Kb.
səhifə8/10
tarix15.11.2023
ölçüsü268,5 Kb.
#132550
1   2   3   4   5   6   7   8   9   10
7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi

7) Hansı cümlələrdə modal söz işlənib?
1.Kaş gedib bu sözləri ona da deyəsən.
2.Deyəsən,bu işdən onun xəbəri yoxdur.
3.Uzaqlarda əzəmətli Qoşqar dağı görünür.
4.Görünür, fikrim sənə çatmadı, Həmidə.
5.Görəsən, yad ellərdə başına nə gəldi?

a) 1,3,4 b) 2,4,5 c) 1,3,5 d) 1,2,5


8) Cümlələrin birində əmr ədatı işlənmişdir?
a) Bu yatan tayfanı onlar oyatdı.
b) Kaş ki dostum olaydın.
c) Durnanın qatarı gör nə qəşəngdir.
d) Gecənin ürəyi döndümü daşa?


9) "Ah" sözü hansı cümlədə nida kimi işlənmişdir?
a) Xalidə dərindən ah çəkdi.
b) Ahın dağlara, daşlara.
c) Ah, onun görkəmi nə tarimardır?!
d) Ah eylədiyim nəşeyi-qəlyanın üçündür.

10) Verilmiş sözləri ədat və bağlayıcı rolunda cümlədə işlədib yaz.


ancaq, ki, da (də)
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

doğru _______________


yanlış ________________
qiymət________________

Fənn müəllimi__________________


VII sinif Azərbaycan dili KSQ—7
Soyadı və adı _______________________
tarix_________________________
1-4 cü tapşırıqlar mətnlə bağlıdır.
Kağızın ixtirası
Kağız Miladdan sonra 105-ci ildə çinli Tsay Lun tərəfindən______________________.Çinlilər bu ixtiranın sirrini uzun müddət gizli saxladılar.
751-ci ildə Tyan-Şan dağları ətəyində ərəb ordusu ilə Çin ordusu qarşılaşdı. Bu döyüşdə ərəblr bir neçə çinli kağız sənətkarını əsir götürdülər və onlardan kağız emalının sirrini öyrəndilər.Səmərqənddə kağız fabriki tikdirildi. Uzun müddət Səmərqənd kağızı dünyada ən keyfiyyətli kağız sayılmışdır.
Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mənimsədilər. İtaliyada kağız istehsalına 1154-cü ildə, Almaniyada 1228-ci ildə,İngiltərədə 1309-cu ildə başlandı.
Azərbaycanda kağız istehsalına Avropadan xeyli qabaq başlamışlar. IX əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdir.Sonralar bu şəhər Kağızkunan adlandırılmışdır. Böyük mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdi.
Müasir dövrə qədər insanlar yazı yazmaq üçün kağızdan əlverişli material düşünməyiblər, buna görə də Tsay Lunin adı haqlı olaraq dünyanın böyük ixtiraçılarının adları ilə bir sirada çəkilir.
1.Altindan xətt çəkilmiş feillərin qrammatik məna növünü qeyd edin.
Tikdirildi----------------------------növ
Başlandı-------------------------------növ
2.2-ci abzasın son cümləsindıki feili məlum növdə işlətməklə cümləni dəyişdirib yazın.
___________________________________________________________________________
3.Mətndəki icbar növdə işlənmiş feilləri seçib yazın.
__________________________________________________________________________-
4. Nöqtələrin yerinə hansı feili yazardınız?
A)kəşf edilmişdir B)ixtira edilmişdir C)tapılmışdır D)kəşf etmişdir
5.Hansı feilə -dır4 şəkilçisi artırılsa da, icbar növ düzəltmək mümkün deyil?
A)tikmək B)yazmaq C)gülmək D) düzmək E)sökmək
6.-ış4 (ş) şəkilçisi ilə düzəlmiş feillərdən biri qarşılıq-birgəlik növdə deyil.
A)qaçışmaq B)mələşmək C)vidalaşmaq D)hazırlaşmaq E)salamlaşmaq
7.Aşağıdakı feillərdən biriin işləndiyi cümlənin mübtədası olmur.
A)oxundu B)yazıldı C)açıldı D)baxıldı E)hazırlaşdı

8.Subyektin hərəkəti öz üzərində icra etdiyi cümlələri seçin.


1.Həkimin müalicəsindən sonra xəstə sağaldı.
2.Aramsız yağışdan sonra, nəhayət, hava açıldı.
3.Qonaqlar gələnə kimi həyət-baca büsbutun təmizləndi.
4.Baharın gəılişi ilə yal-yamac gül-çiçəyə büründü.
5.İclasda yeni dərs ilinə hazılığa xüsusi toxunuldu.
6.Gələn qonaqları tanımadığı üçün xeyli sıxılırdı.
A)2,4,6 B)1,3,5 c)4,5,6 D)2,3,4 E)1,4,6
9.Hansı cümlələrdə feillər birgə hərəkət ifadə edir?
1.Uşaqlar sevindikləri üçün bərkdən gülüşdülər.
2.Dostlar xeyli vaxt idi ki, sosial şəbəkədə yazışırdılar.
3.Ana ilə bala uzun illərin həsrətlisi kimi qucaqlaşmışdılar.
4.Paltar ütülənmədiyindən qırışmışdı.
5.Quşlar yem gətirən analarını görüb civildəşdilər.
A)1,3,5 B)1,5 C)2,3,4 D)1,2,4 E)2,4
10.Bağlayıcıların altından bir düz xətt çəkin. Onların cümlələri, yoxsa cümlə üzvlərini əlaqələndirdiyini qeyd edin.
1.Cahandar ağa gah özünə hirslənir, nahaq yerə başını cəncələ saldığını duyub peşmanlayır, gah da özünə ürək-dirək verirdi(İ.Şıxlı)
A)cümlələr B)cümlə üzvləri
2.Lakin həftələr keçib aylar dolandısa da, ortaya çıxan olmadı.
A)cümlələr B) cümlə üzvləri
3.Yetimə “gəl,gəl” deyən çox olar, ancaq çörək verən az.
A)cümlələr B)cümlə üzvləri
4.Şamxal həm mal damı,həm də ev olan daxmada darıxdı.(İ.Şıxlı)
A)cümlələr B) cümlə üzvləri
5.Ancaq bunu nə Şamxal, nə də ki Çərkəz hiss edirdi.(İ.Şıxlı)
A)cümlələr B) cümlə üzvləri
6.Zülm ilə şahlıq külək ilə şam kimidir.(M.Övədi)
A)cümlələr B)cümlə üzvləri

Doğru __________________


Səhv__________________
qiymət______________
Müəllim_______________

Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin