İ cmal I mövzu: Feili sifət. Feili sifət və feildən

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 37.44 Kb.
tarix29.10.2017
ölçüsü37.44 Kb.


gerb,bayraq və xəritə.jpeg

Gəncə şəhəri 27 №li məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Xanım Mehdiyevanın 73 sinfində Azərbaycan dilindən «Feili sifət. Feili sifət və feildən düzələn sifət» mövzusunda keçirdiyi açıq dərsin

İ C M A L I

Mövzu: «Feili sifət. Feili sifət və feildən

düzələn sifət»

Standart: 4.1.2

Məqsəd: -Feilin təsriflənməyən formalarını

fərqləndirir;

-Feili sifətin səciyyəvi xüsusiyyətləri-

ni müəyyənləşdirir;

-Feili sifəti feildən düzələn sifətlərlə

fərqləndirir.

İnteqrasiya: Ədəbiyyat: 1.2.1.

İş forması: Qruplarla iş

İş üsulu: Beyin həmləsi. Müzakirə.

Resurslar: Dərslik, iş vərəqləri, Vatman ka-

ğızları, marker, proyektor.

Motivasiya

Dərsin gedişi:



Şagirdləri 4 qrupa bölürəm. Hər qrup nüma-

yəndəsi öz qrupuna ad seçir:

  1. «Bakı» qrupu

  2. «Gəncə» qrupu

  3. «Təbriz» qrupu

  4. «İrəvan» qrupu

Sual:

  1. Təsriflənən feillərlə təsriflənməyən feillərin oxşar və fərqli cəhətlərə hansılardır?

  2. Təsriflənməyən feillər hansıdır?

MOTİVASİYA:

Gülən (uşaq), güləyən (uşaq) altından xətt çəkilmiş sözlər qrammatik cəhətdən nədir?

Şagirdlərin cavablarına münasibət bildirilir.

I.Yeni dərsin izahı:

FEİLİ SİFƏT:

Tərifi: Həm feilin, həm də sifətin əlamətlərini daşıyan sözlərə feili sifət deyilir.

ŞƏKİLÇİLƏRİ:

  1. mış4. keçmiş zaman mənalı feili sifət əmələ gətirir: yazıl-mış məktub, çürümüş meyvə

  2. dıq4 + mənsubiyyət şəkilçisi. Keçmiş zaman mənalı feili sifət əmələ gətirir:

yaz-dığ-ım məktub, oxu-du-ğu mahnı

  1. an2. İndiki zaman mənalı feili sifət əmələ gətirir: qaç-an at, oxu-yan bülbül

  2. acaq2, -ası2, -malı2. Bu şəkilçilərlə gələcək zaman mənalı feili sifətlər əmələ gətirir: yazıl-acaq inşa, deyil-əsi söz, silin-məli lövhə

-MIŞ4, -ACAQ2, -MALI2, -ASI2 feilin təsriflənən formalarının şəkilçiləri ilə omonimdir: yazılmış məktub(feli sifət), məktub yazılmışdır(nəqli keşmiş zaman)

FEİLƏ MƏXSUS CƏHƏTLƏRİ:

  1. Zaman mənası bildirir: uçan quş (indiki zaman), yazılmış məktub (keçmiş zaman), deyiləcək söz (gələcək zaman)

  2. Təsirli və ya təsirsiz olur: yazan uşaq,

(təsirli), gülən uşaq (təsirsiz)

  1. Təsdiq və ya inkarda olur:

yazılmış məktub (təsdiq), yazılmamış məktub(inkar)

  1. Növ bildirir: çalınan zəng (məchul),

döyüşən ordu (qarşılıq növ), yazdıran kişi (icbar)

  1. Ətrafına sözlər toplayıb tərkib əmələ gətirir: Dərslərini yaxşı oxuyan(hansı?) şagirdin uğurları çox olur.

SİFƏTƏ MƏXSUS CƏHƏTLƏRİ:

  1. Sifət kimi isimdən əvvəl gəlib əlamət bildirir: çürümüş meyvə, uçan quş

  2. Sifət kimi necə? nə cür? hansı? suallarına cavab verir:

gediləsi (hansı?) yol, sınmış(necə?) qələm, qorxan (nə cür?) uşaq

  1. Cümlədə təyin vəzifəsində işlənir:

yazdığım şeir hamını kövrəltdi

  1. Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur:

Elşad yaxşı oxuyandır.

  1. Sifət kimi isimləşir (substantivləşir) və cümlədə mübtəda, tamamlıq və.s olur.

Oxuyan (kim?) qazanar.(mübtəda) Qaçanı (kimi?) qovmazlar.(tamamlıq)

Feili sifətlərlə feildən düzələn sifətlər arasındakı fərqlər aşağıdakılardır:

  1. Feildən düzələn sifətlər quruluşca düzəltmə, feili sifətlər isə sadə olur:

Gül-əyən uşaq (feildən düzələn sifət, düzəltmə)

Gül-ən uşaq (feili sifət, sadə)

  1. Feili sifətlər inkar şəkilçisi qəbul edir, feildən düzələn sifətlər isə qəbul etmir.

Ağlamayan uşaq (feili sifət)

Ağlağan uşaq (feildən düzələn sifət)

II.Tədiqatın aparılması.

Hər qrupa tapşırıqlar yazılmış vərəqləri paylamaq və tədqiqata başlamaq.

III.Məlumat mübadiləsi və məlumatın müzakirəsi:

Qrupların tədqiqatların dinlənilməsi və müzakirəsi.

IV. Nəticə və ümumiləşdirmə:

Bütün fikirlərin bir ideya şəklinə salınması və yekun fikrin müəyyənləşdirilməsi.

V. Qiymətləndirmə

Qruplar aşağıdakı meyarlar üzrə qiymətləndirilir

Feilin təsriflənməyən formalarını fərqləndirir;

Feili sifətin səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirir;

Feili sifəti feildən düzələn sifətlərlə fərqləndirir.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə