IV fəsil
Mediasiya proseduru
Maddə 22. Mediasiyanın keçirilmə qaydası
22.1. Tərəflərdən hər biri mediasiyanın tətbiqi barədə xahişlə müraciət edə bilər.
22.2. Mediasiya tərəflərin razılaşdırdıqları və bu Qanunun tələblərinə zidd olmayan qaydada keçirilir.
22.3. Tərəflərin razılığı ilə mediasiyanın keçirilməsinin mediasiya üzrə Şura tərəfindən təsdiq edilən qaydası (reqlamenti) tətbiq oluna bilər.
Maddə 23. Mediasiyanın keçirilmə yeri və vaxtı
23.1. Tərəflər mediasiyanın keçirilmə yeri barədə razılığa gələ bilərlər.
23.2. Mediator tərəflərin razılığı ilə mediasiyanın keçirilmə yeri və vaxtını müəyyənləşdirir.
Dostları ilə paylaş: |