Maddə 20. Mediasiya üzrə Şurada qərarların qəbulu
20.1. Mediasiya üzrə Şura qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir.
20.2. Qərarın qəbul edilməsi zamanı xüsusi rəy vermiş Şura üzvü həmin rəyi yazılı şəkildə bildirmək hüququna malikdir. Xüsusi rəy Şura iclasında sədrlik edənə təqdim edilir və qərara əlavə olunur.
Maddə 21. Mediasiya üzrə Şuranın səlahiyyətləri
21.0. Mediasiya üzrə Şura:
21.0.1. mediatorların attestasiyası haqqında Əsasnaməyə uyğun olaraq mediatorların attestasiyasını keçirir;
21.0.2. mediatorların hazırlığı və yenidən hazırlığı üzrə standartların və proqramların layihəsini hazırlayır;
21.0.3. mediasiya üzrə kursların təşkili və keçirilməsi qaydalarına, habelə mediatorların hazırlığı və yenidən hazırlığı üzrə standartlara əməl edilməsinə nəzarət edir;
21.0.4. mediatorların siyahısını tərtib edir və yeniləyir;
21.0.5. mediatorların fəaliyyəti ilə əlaqədar müraciətlərə baxır;
21.0.6. mediatorların intizam məsuliyyəti barədə qərar qəbul edir;
21.0.7. mediatorların peşə etikası normalarını təsdiq edir;
21.0.8. qanunvericiliklə və mediasiya üzrə Şura haqqında Əsasnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Dostları ilə paylaş: |