Maddə 8. Məxfilik
8.1. Mediasiya iştirakçılarının onlara mediasiyanın gedişində məlum olan məlumatı, həmin məlumatı verən mediasiya tərəfinin yazılı razılığı olmadan açıqlamaq hüququ yoxdur.
8.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutlmuş hallar istisna olmaqla, mediator mediasiyanın gedişində ona məlum olan hallar barədə şahid qismində dindirilə bilməz.
8.3. Mediasiya iştirakçıları tərəfindən onlara mediasiyanın gedişində məlum olan informasiyanı, həmin informasiyanı verən tərəfinin yazılı razılığı olmadan açıqlanması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: |