Nəqliyyat latın sözü «Transporto» olub, mənası «nəql edirəm» deməkdir. Nəqliyyat xalq təsərrüfatının mühüm bir sahəsi kimi yük və sərnişin daşınmalarını təmin edir. Nəqliyyatın işi yükdövriyyəsi (tonkm) və daşınan sərnişinlərin sayı (sərnkm) ilə qiymətləndirilir.
Yüklərin və sərnişinlərin daşınma ehtiyajlarını ödəmək üçün bir neçə növ nəqliyyat sistemindən istifadə edilir. Bunlar aşağıdakılardır:
1 – Avtomobil yolu nəqliyyatı; 2 – Dəmir yolu nəqliyyatı; 3 – Dəniz yolu nəqliyyatı; 4 – Daxili su (çay, göl, kanal) nəqliyyatı; 5 – Hava nəqliyyatı; 6 – Boru kəmərləri (mayelərin və qazların nəqli üçün) nəqliyyatı.
Xalq təsərrüfatında bütün bu nəqliyyat növləri vahid nəqliyyat sistemini təşkil edir. Nəqliyyat hər hansı bir istehsalın ayrılmaz elementidir, sənaye, kənd təsərrüfatı və xalq təsərrüfatının digər sahələri ilə əlaqələrini təmin edir; ölkənin iqtisadiyyatında gedən bütün inkişaf proseslərinə, işçi qüvvələrinin yerləşdirilməsinə, yeni rayonlarda təbii ehtiyatların öyrənilməsinə və istifadə edilməsinə təsir edir; əhalinin həyat səviyyəsinin və mədəniyyətinin yüksəldilməsinə, Vətənin müdafiə qüdrətinin artırılmasında böyük rol oynayır. Bütün dünyada avtomobil nəqliyyatı digər nəqliyyatlara nisbətən, böyük yük daşıma qabiliyyətinə malik olduğundan, daha surətlə inkişaf edir.
Avtomobil nəqliyyatı üç əsas elementdən ibarətdir: bütün tip avtomobillər, avtomobil yolları və avtomobillərin işinin rahatlığını və hərəkətin təhlükəsizliyini təmin edən köməkçi qurğular. Ümumi nəqliyyat sistemində avtomobil nəqliyyatı mühüm bir yer tutur və daha perspektivlidir. Avtomobil nəqliyyatının digər nəqliyyatlara nisbətən aşağıdakı üstünlükləri vardır: yüksək manevr etmə qabiliyyəti; yükün istehsalçıdan – istehlakçıya daşıma qabiliyyəti; digər nəqliyyatlara nisbətən daimi istiqamətlərdən az asılı olması; nisbətən yüksək daşınma sürətinə malik olması.
Yük və sərnişin daşınmasının ümumi həjmində avtomobil nəqliyyatı birinji yeri tutur. Avtomobil nəqliyyatının səmərəli istifadəsi, münasib yolların mövjudluğundan çox asılıdır. Belə yolların azlığı nətijəsində avtomobil nəqliyyatının inkişafı və onun sərfəli istismarı ləngiyir. Yolları tikmək və onları səmərəli istismar etmək küllü miqdarda dövlət vəsaiti tələb edir.
Hal hazırda Respublikamızda inkişaf etmiş yol şəbəkəsi yaradılıb. Avtomobil yolları şəbəkəsi ölkənin ərazisindəki bütün yollardan təşkil olunur.
Avtomobil yolları dövlət və yerli yollardan ibarət olmaqla, beş dərəjəyə bölünür. Bu yollar, əsas etibarı ilə, Nazirlər Kabinetinin struktur təşkilatı olan «Azəravtoyol» Dövlət Şirkəti tərəfindən təsnifatlandırılır, layihələndirilir, inşi olunur və istismar edilir.