KM3 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. (“Azərbaycan” qəzeti 31 yanvar 2002-ci il, № 25, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2002)
KM4 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. (“Azərbaycan” qəzeti 2 iyun 2002-ci il, № 124, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №3/2002)
KM5 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. ( «Azərbaycan» qəzeti, 29 dekabr № 300 2002-ci il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2003)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 250) ilə təsdiq edilmişdir.
26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323) Məcəllə 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.
[2] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 1.2-ci maddənin dördüncü abzasında "həyatının və" sözü "və ailə həyatının," sözləri ilə əvəz edilmişdir.
[3] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 6.1.6-cı maddədə "şəxsi həyata" sözləri "şəxsi və ailə həyatına" sözləri ilə əvəz edilmişdir.
[4] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 11.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
11.3. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
[5] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 13-cü maddədə ", öz riski ilə"sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 13. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
[6] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 14.3-cü maddədə "Dövlət"sözü "Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət" sözləri ilə əvəz edilmişdir.
[7] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 15.1-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
15.1. Fiziki və hüquqi şəxslər özlərinə mənsub mülki hüquqları, o cümlədən onları müdafiə etmək hüququnu öz istədikləri kimi həyata keçirirlər.
[8] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 15.2-ci maddədə "hüquqları həyata keçirməkdən imtina etməsi" sözləri "mülki hüquqlardan istifadə etməməsi" sözləri ilə əvəz edilmişdir.
[9] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 16.2-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
16.2. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq məqsədi ilə istifadə edilməsinə, habelə bazarda hakim mövqedən sui-istifadə olunmasına yol verilmir.
[10] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 17.2-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
17.2. Mülki hüquqların məhkəmə müdafiəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müəyyənləşdirdiyi iş aidiyyətinə uyğun olaraq ümumi yurisdiksiya məhkəmələri və iqtisadi məhkəmələr həyata keçirirlər. Müqavilədə tərəflər arasındakı mübahisənin məhkəməyə müraciət edilənədək nizama salınması nəzərdə tutula bilər.
[11] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 17.3-cü maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
17.3. Mülki hüquqların inzibati qaydada müdafiəsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda həyata keçirilir. İnzibati qaydada qəbul edilmiş qərardan məhkəməyə şikayət verilə bilər.
[12] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 20-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 20. Mülki hüquqların özümüdafiəsi
20.1. Şəxslərin öz mülki hüquqlarını qanunvericiliklə qadağan edilməyən bütün üsullarla özümüdafiə etmək hüququ vardır.
20.2. Mülki hüquqların özümüdafiəsi üsulları mülki hüquq pozuntusuna mütənasib olmalı və onun qarşısının alınması üçün zəruri hərəkətlərdən kənara çıxmamalıdır.
[13] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 21.1-ci maddədə"Hüququ pozulmuş şəxs" sözləri "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs" sözləri ilə əvəz edilmişdir.
[14] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 21.3-cü maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
21.3. Əgər hüququ pozmuş şəxs bunun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı, əldən çıxmış faydanın da həmin gəlirlərdən az olmayan miqdarda ödənilməsini tələb edə bilər.
[15] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 22-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 22. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vurduqları zərərin əvəzinin ödənilməsi
Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və ya həmin orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi), o cümlədən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının qanunvericiliyə uyğun gəlməyən qeyri-normativ aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə dəyən zərərin əvəzi Azərbaycan Respublikasının və ya müvafiq bələdiyyənin hesabına ödənilməlidir.
[16] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 23.1-ci maddədə "şəxsi" sözündən sonra "və ailə" sözü əlavə edilmişdir.
[17] 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 23.2-ci maddədə "şəxsi" sözündən sonra "və ailə" sözü əlavə edilmişdir.
[18] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 28.4-cü maddədə"qəyyumun" sözü "himayəçinin" sözü ilə əvəz edilmişdir.
[19] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 28.8-ci maddəyə dördüncü cümlə əlavə edilmişdir.
[20] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 29.1-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.
[21] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 30.1-ci maddənin birinci cümləsində "qəyyumun" sözü "himayəçinin" sözü ilə, ikinci cümləsində isə "qəyyum" sözü "himayəçi" sözü ilə əvəz edilmiş və "yazılı surətdə" sözləri çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumun yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya qəyyum tərəfindən yazılı surətdə bəyənildikdə də etibarlıdır.
[22] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 30.2-ci maddədə"qəyyumun" sözü "himayəçinin" sözü ilə əvəz edilmişdir.
[23] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 30.2.3-cü maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
30.2.3. qanuna uyğun olaraq kredit idarələrinə əmanətlər qoysun və onlar barəsində sərəncam versin;
[24] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 30.4-cü maddədə"qəyyumun" sözü "himayəçinin" sözü ilə əvəz edilmişdir.
[25] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 32.1-ci maddəyə altıncı cümlə əlavə edilmişdir.
17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 32.1-ci maddədə “və ya narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilmişdir.
[26] 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 33.6-cı maddədə “və ya narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilmişdir.
[27] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 47.2-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.
[28] 10 iyun 2005-ci il 925-IIQD nömrəli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 48.2-ci maddədə birinci cümlə yeni redaksiyada verilmişdir, ikinci cümlə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Hüquqi şəxsin yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə qeydiyyatdan imtinaya yol verilmir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
[29] 30 may 2008-ci il tarixli 610-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 456) ilə 49.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
49.3. Hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
[30] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 50.1-1-ci maddə əlavə edilmişdir.
[31] 11 dekabr 2012-ci il tarixli 496-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar 2013-cü il, № 12, “Azərbaycan” qəzeti 23 yanvar 2013-cü il, № 15) ilə 51-ci maddəsində “orqanının” sözündən sonra “, siyasi partiyada rəhbər orqanlarının qərargahının” sözləri əlavə edilmişdir.
[32] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 53.3-cü maddəyə üçüncü cümlə əlavə edilmişdir.
[33] 10 iyun 2005-ci il 925-IIQD nömrəli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 55.3-cü maddənin dördüncü cümləsində "Göstərilən sənədlərin məhkəmə tərəfindən təsdiq edilməsi" sözləri "Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə" sözləri ilə əvəz edilmişdir.
[34] 3 mart 2006-cı il tarixli 80-IIIQD nömrəli “Azərbaycan Respublikasının Mülki məcəlləsinə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (
Dostları ilə paylaş: |