I. GİRİŞ MÜDDƏalari


Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693



Yüklə 5,28 Mb.
səhifə45/51
tarix21.06.2018
ölçüsü5,28 Mb.
#54358
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 400-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

400.1. Kommersiya təşkilatının bağladığı və öz fəaliyyətinin xarakterinə görə ona müraciət edəcək hər kəs barəsində malların satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (pərakəndə ticarət, ümumi istifadədə olan nəqliyyatla daşıma, rabitə xidmətləri, enerci təchizatı, tibb, mehmanxana xidməti və s.) sahəsində bu təşkilatın həyata keçirməli olduğu vəzifələri müəyyənləşdirən müqavilə ümumi müqavilə sayılır.

400.2. Kommersiya təşkilatının ümumi müqavilə bağlanmasında bir şəxsə nisbətən digərinə üstünlük verməyə ixtiyarı yoxdur.

400.3. Malların, işlərin və xidmətlərin qiyməti, habelə ümumi müqavilənin digər şərtləri bütün istehlakçılar üçün eyni cür müəyyənləşdirilir.

400.4. İstehlakçıya müvafiq mallar vermək, xidmətlər göstərmək, müvafiq işlər görmək imkanı olduğu halda, kommersiya təşkilatının ümumi müqavilə bağlamaqdan imtina etməsinə yol verilmir.

400.5. Qanunda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı ümumi müqavilələrin bağlanması və icrası zamanı tərəflər üçün məcburi olan qaydalar (birtipli müqavilələr və s.) qəbul edə bilər.

400.6. Ümumi müqavilənin 400.3-cü və 400.5-ci maddələrdə müəyyənləşdirilmiş tələblərə uyğun gəlməyən şərtləri əhəmiyyətsizdir.

 

[208]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 401-ci maddəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 401.Qoşulma müqaviləsi

401.1. Qoşulma müqaviləsi elə müqavilədir ki, onun şərtlərini tərəflərdən biri formulyarlarda və ya başqa standart formalarda müəyyənləşdirir və bu şərtləri digər tərəf yalnız təklif olunmuş müqaviləyə bütövlükdə qoşulmaq yolu ilə qəbul edə bilir.

401.2. Əgər qoşulma müqaviləsi bu Məcəlləyə zidd olmasa da, ona qoşulmuş tərəfi bu növ müqavilələr üzrə adətən verilən hüquqlardan məhrum edirsə, öhdəlikləri pozmağa görə digər tərəfin məsuliyyətini istisna edir və ya məhdudlaşdırırsa, yaxud qoşulmuş tərəf üçün aşkar ağır olan başqa şərtlər nəzərdə tutursa, özü də müqavilə şərtlərinin müəyyənləşdirilməsində həmin tərəfin iştirak etmək imkanı olsa idi, o, özünün ağlabatan mənafeyi əsasında bu şərtləri qəbul edə bilməzdisə, müqaviləyə qoşulmuş tərəf müqavilənin ləğvini və ya dəyişdirilməsini tələb edə bilər.

401.3. 401.2-ci maddədə nəzərdə tutulmuş hallar olduqda, öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqaviləyə qoşulmuş tərəfin müqaviləni ləğv etmək və ya dəyişdirmək haqqında irəli sürdüyü tələb, əgər həmin tərəf müqavilənin hansı şərtlərlə bağlandığını bilirdisə və ya bilməli idisə, yerinə yetirilməməlidir.

[209]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 402.2-ci maddənin birinci cümləsindən ", əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada, əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

 

[210]  6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 709) ilə Məcəlləyə 404.1-ci maddə əlavə edilmişdir.



[211]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 406.1-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Müqavilənin etibarlığı üçün bu Məcəllədə müəyyən forma təyin edildikdə və ya müqavilə üçün bu formanı tərəflər nəzərdə tutduqda, müqavilə yalnız həmin formaya dair tələbin icrasından sonra qüvvəyə minir.

 

[212]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 407.2-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



407.2. Müqavilənin bağlanması üçün bu Məcəlləyə görə əmlakın verilməsi də zəruri olduqda, müqavilə müvafiq əmlakın verildiyi andan bağlanmış sayılır.

 

[213]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 407.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



407.3. Müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmalı olduqda, müqavilə bu hüquqların qeydə alındığı andan bağlanmış sayılır.

 

[214]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 408.2-ci maddəsində "təklifdə" sözündən sonra "(o cümlədən, reklamda)" sözləri əlavə edilmişdir.



[215]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 408.4-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

408.4. Ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir.

 

[216]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 408.5-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



408.5. Ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər.

 

[217]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 408.7.-ci maddəsi çıxarılmış, 408.8-ci maddəsi 408.7-ci maddəsi hesab edilmişdir. 408.7.-ci maddənin əvvəlki redaksiyasında deyilirdi:



408.7. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış reklam və digər təkliflər ofertaya dəvət sayılır, bu şərtlə ki, təklifdə ayrı qayda birbaşa göstərilməsin.

[218] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 409.10-cu maddə əlavə edilmişdir.

 

[219]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 409.11-ci maddə əlavə edilmişdir.



 

[220]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 412-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 412. Tərəfin müqavilə bağlamaqdan boyun qaçırması

412.1. Əgər müqaviləni bağlaması bu Məcəlləyə görə məcburi olan tərəf onu bağlamaqdan boyun qaçırırsa, digər tərəf müqaviləni bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

412.2. Müqaviləni bağlamaqdan əsassız boyun qaçıran tərəf bununla digər tərəfə vurulan zərərin əvəzini ödəməlidir.

 

[221]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 413-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 413. Borcun etirafı

413.1. Öhdəlik münasibətlərinin mövcudluğunu etiraf edən (mövcud borcun etirafı) müqavilənin etibarlığı üçün yazılı etiraf tələb olunur. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

413.2. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya əməl edilməsi məcburi deyildir.

 

[222]  26 oktyabr 2004-cü il 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 414.5-ci maddədə “Əgər bu Məcələdə” sözləri "Qanunvericilikdə" sözü ilə əvəz edilmişdir.



[223]  26 oktyabr 2004-cü il 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 415.2-ci maddədə “Əgər bu Məcələdə” sözləri "Qanunvericilikdə" sözü ilə,  "haqqında məlumatlar" sözləri "haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar" sözləri ilə əvəz edilmişdir.

[224]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 419.2-ci maddə və 419-cu maddənin birinci abzasının əvvəlinə "419.1." nömrəsi əlavə edilmişdir.

 

[225]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 421.2-ci maddənin birinci cümləsindən "məhkəmənin qərarına əsasən" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



 

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

 

[226]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 422.1-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.



 

[227]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 429-cu maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 429. Öhdəliklərin icrası müddətlərinin müəyyənləşdirilməsi

429.1. Qanunlarda, məhkəmə qərarlarında və əqdlərdə göstərilən öhdəliklərin icrası müddətlərinin və tarixlərinin müəyyənləşdirilməsi üçün aşağıdakı qaydalar qüvvədə olur:

429.1.1. əgər müddətin başlanmasını hadisə və ya günün anı, o cümlədən müqavilənin bağlanması müəyyənləşdirirsə, hadisənin baş verdiyi və ya anın çatdığı gün müddətin hesablanması üçün nəzərə alınmır;

429.1.2. əgər müddətin başlanmasını günün başlanğıcı müəyyənləşdirirsə, müddətin hesablanması zamanı həmin gün hesaba alınır (yaş hesablanarkən doğum günü üçün eyni qayda qüvvədə olur);

429.1.3. əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir;

429.1.4. əgər müddət həftələrlə, aylarla və ya bir neçə ayı əhatə edən dövrlə - illə, yarım illə, rüblə hesablanırsa, o, sonuncu həftənin və ya sonuncu ayın axırında bitir.

429.2. Əgər aylarla hesablanan müddətin sonuncu ayında onun bitməsini müəyyənləşdirən gün yoxdursa, müddət həmin ayın sonuncu gününün axırında bitir.

429.3. Yarım illik müddət dedikdə altı aylıq müddət, rüblük müddət dedikdə üç aylıq müddət, yarım aylıq müddət dedikdə on beş günlük müddət başa düşülür.

429.4. Əgər müddəti uzatmaq lazımdırsa, yeni müddət əvvəlki müddətin qurtardığı andan hesablanır.

429.5. Aylarla və ya illərlə hesablanan müddətin fasiləsiz müəyyənləşdirildiyi hallarda ay otuz günə, il isə üç yüz altmış beş günə bərabər olur.

429.6. Ayın başlanğıcı dedikdə onun birinci günü, ayın ortası dedikdə on beşinci günü və ayın axırı dedikdə sonuncu günü başa düşülür.

429.7. Əgər öhdəliyi müəyyən gündə və ya müddət ərzində icra etmək zəruridirsə, müəyyən gün və ya müddətin sonuncu günü şənbə və ya bazar gününə və ya öhdəliyin icrası yerində hamılıqla qəbul olunmuş bayram gününə düşürsə, onların əvəzinə növbəti iş günü hesaba alınır.

 

[228]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 430.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



430.3. İkitərəfli müqaviləyə görə üzərinə öhdəlik qoyulmuş şəxs, öhdəliyini qabaqcadan icra etməyə borclu olduğu hallardan başqa, öhdəliyin icrasından digər tərəf cavab hərəkətini həyata keçirənədək imtina edə bilər.

 

[229]  23 dekabr 2005-ci il tarixli 39-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 68) ilə  Məcəlləyə 430.4-cü maddə əlavə edilmişdir.



 

[230]  3 mart 2006-cı il tarixli  82-IIIQD nömrəli “Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 225) ilə Məcəllənin 439.3-cü maddədə "Bankının uçot faizi" sözləri "Bankı tərəfindən müəyyən edilən uçot" sözləri ilə əvəz edilmişdir.

 

[231]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 444-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 444. Müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması

444.1. Əgər müqavilənin bağlanması üçün əsas olmuş şərait müqavilə bağlandıqdan sonra açıq-aşkar dəyişmişsə və tərəflər həmin dəyişiklikləri nəzərdə tutsaydılar, müqaviləni bağlamazdılarsa və ya başqa məzmunlu müqavilə bağlayardılarsa, müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması tələb edilə bilər. Əks təqdirdə ayrı-ayrı hallar nəzərə alınmaqla müqavilənin tərəfindən dəyişdirilməmiş müqaviləyə ciddi riayət etmək tələb oluna bilməz.

444.2. Müqavilənin əsasında durmuş təsəvvürlərin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

444.3. Tərəflər ilk növbədə müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması üçün səy göstərməlidirlər. Əgər müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması mümkün deyildirsə və ya digər tərəf buna razı deyildirsə, mənafeləri pozulmuş tərəf müqavilədən imtina edə bilər.

 

[232]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 445.6-cı maddədən birinci cümlə çıxarılmış, ikinci cümlədə “O,” sözü “borclu” sözü ilə əvəz olunmuşdur. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



445.6. Gecikdirmə zamanı borclu hər bir ehtiyatsızlıq üçün məsuliyyət daşıyır. O, zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

 

[233]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 445.8-ci maddədən üçüncü cümlə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Kreditor gecikdirmə nəticəsində dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

 


Yüklə 5,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin