I. GİRİŞ MÜDDƏalari


Maddə 1299. Ədalətli bölgü tələbi



Yüklə 5,28 Mb.
səhifə36/51
tarix21.06.2018
ölçüsü5,28 Mb.
#54358
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

Maddə 1299. Ədalətli bölgü tələbi

 

1299.1. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır.



1299.2. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir.

 

Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi

 

Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.



 

Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri

 

1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.



1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

 

Maddə 1302. Vərəsəlikdə üstünlük hüququ

 

Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır.



 

Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ

 

Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.



 

Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması

 

Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.



 

Maddə 1305. Kompensasiyaya möhlət verilməsi

 

Üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona on ildən çox olmayan müddətə möhlət verə bilər.



 

 

72 – ci fəsil.

 

 

Vərəsələr tərəfindən kreditorların təmin edilməsi



 

 

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti

 

1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. [421]



1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

1306.3. Çıxarılmışdır. [422]

 

Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü

 

Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.



 

Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi

 

Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.



 

Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi

 

Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.



 

Maddə 1310. Kreditorların tələblərinin irəli sürülməsi müddəti – çıxarılmışdır. [423]

 

Maddə 1311. Ümumi iddia müddətlərinin tətbiqi – çıxarılmışdır. [424]



 

Maddə 1312. İcra müddətinin təxirə salınması

 

Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.



 

Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü

 

Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.



 

Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti

 

Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır.



 

Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri

 

Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi sayıla bilməz.



 

Maddə 1316. Kreditorların təmin edilməsi qaydası – çıxarılmışdır. [425]

 

73-ci fəsil.

 

Mirasın qorunması

 

Maddə 1317. Mirasın qorunması anlayışı[426]



 

1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

 

Maddə 1318 . Vərəsələrin axtarılması[427]



 

Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

 

Maddə 1319 . Əmlak idarəçisinin təyin edilməsi[428]



 

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.

 

Maddə 1320 . Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər[429]



 

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.

 

 

74 – cü fəsil.



 

 

Vərəsəlik şəhadətnaməsi

 

 

Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı



 

1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. [430]

 

Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət

 

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. [431]



 

Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq

 

Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.



 

Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi

 

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.



 

Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi

 

Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.



 

 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



28 dekabr 1999-cu il tarixli  779-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №4, maddə 250) ilə təsdiq edilmişdir

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:

1.         26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Müli Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323)

2.         26 dekabr 2000-ci il 48-IIQ saylı “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №12, maddə 835)

3.         6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, №12, maddə 709)

4.         17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, №8, maddə 420)

5.         23 dekabr 2003-cü il tarixli 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123)

6.         20 aprel 2004-ci il tarixli 639-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №5, maddə 318)

7.         1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 415)

8.         7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №10, maddə 761)

9.         26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901)

10.     24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 61)

11.     15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 6, maddə 466)

12.     10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)

13.     24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 692)

14.     24 iyun 2005-ci il tarixli 949-IIQD nömrəli “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693)

15.     20 sentyabr 2005-ci il tarixli 995-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 995)

16.     21 oktyabr 2005-ci il tarixli 1038-IIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1085)

17.     23 dekabr 2005-ci il tarixli 39-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 68)

18.     3 mart 2006-cı il tarixli 80-IIIQD nömrəli “Azərbaycan Respublikasının Mülki məcəlləsinə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 5, maddə 387)

19.     21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

20.     20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

21.     01 fevral 2007-cı il tarixli 234-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 80)

22.     17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560)

23.     17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

24.     9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937)

25.     9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-cı il, № 11, maddə 1053)

26.     7 dekabr 2007-ci il tarixli 506-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1215)

27.     7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219)

28.     25 dekabr 2007-ci il tarixli 520-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 145)

29.     13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

30.     28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1049)

31.     16 dekabr 2008-ci il tarixli 742-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 47)

32.     3 aprel 2009-cu il tarixli 782-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  20 may 2009-cu il, № 107,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 295)

33.     26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404)

34.     9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun  Qərarı (“Respublika” qəzeti  11 iyul 2009-cu il, № 149)

35.     30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160)

36.     01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 2, maddə 75)

37.     1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

38.     12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)

39.     23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2010-cu il, № 85, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə 266)

40.     5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

41.     17 may 2011-ci il tarixli 115-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyul 2011-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 586)

42.     10 iyun 2011-ci il tarixli 159-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2011-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 750)

43.     15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102)

44.     30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073)

45.     30 dekabr 2011-ci il tarixli 287-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21 yanvar 2012-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 1, maddə 5)

46.     6 aprel 2012-ci il tarixli 321-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu («Respublika» qəzeti, 09 may № 101 2012-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 403)

47.     20 aprel 2012-ci il tarixli 332-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 iyun 2012-ci il, № 123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 498)

48.     11 dekabr 2012-ci il tarixli 496-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar 2013-cü il, № 12, “Azərbaycan” qəzeti 23 yanvar 2013-cü il, № 15)

49.     31 may 2013-cü il tarixli 672-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 29 iyun 2013-cü, № 138)

 

Konstitusiya Məhkəməsinin Qərarları

KM1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

 

KM2  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göztərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər.(“Azərbaycan” qəzeti  29 dekabr 2001-ci il, № 298, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2002)



 


Yüklə 5,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin