I kurs I semestr 36 saat.
Müəllimə : Məmmədova Vüsalə
Azərbaycan dili.
Mövzu 1: Dil haqqinda ümumi məlumat.Dilin funksiyaları.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Mücərrəd işarələr sistemidir. Dil əsasdır,nitq ondan törəmədir.Tarixi inkişaf nəticəsində dil az dəyişir,nitq isə dəyişikliyə daha çox meyillidir.Dil ünsiyyət vasitəsi,nitq ünsiyyət prosesidir.Dilin və ya nitqin yaranması üçün 3 psixoloji amil əsasdır:
1. Psixoloji fakt-insanın ağlı,əqli-təfəkkürü yerində olmalıdır.
2. Fizioloji fakt-bəsən quruluşunun şaquli vəziyyətə düşməsi mütləqdir.Şaquli vəziyyətə düşməklə danışıq üzvləri (dil,dodaq,çənə) formalaşır ki, bu da nitqin formalaşması üçün əsas şərtdir.
3.İctimai fakt-Dilin yaranması üçün cəmiyyətin olması mütləqdir.Cəmiyyətdən kənarda dil və nitq mövcud ola bilməz.
Dil irqi və irsi deyil.Belə ki,basqa millətə mənsub bir uşağı azərbaycanlı ailəsi böyütsə,uşaq dil açdıqda Azərbaycan dilində danışacaq.Bu misal dilin irqi və irsi olmadığına bariz misaldır.
Dilin vəzifələri bunlardır:
1.Dil-əşyaları adlandırır.
2.Dil-ünsiyyət vasitəsidir.
3.Dil-fikir mübadiləsinə imkan verir.
Dünyada 3500-dən çox dil var.Bunların arasında həm aktiv,həm də ölü dillər var.Ümumilikdə,dillər 2 prinsipə əsasən təsnif olur:
Dostları ilə paylaş: |