Mövzu 12: Nitq mədəniyyətinin düzgünlüyü, dəqiqliyi, ifadəliliyi. Mədəni nitqin əsas göstəriciləri bunlardır:
1.Düzgünlük
2.Dəqiqlik
3.İfadəlilik
1.Nitqin düzgünlüyü-nitq mədəniyyətinin birinci şərtidir.Burada dilin bütün fonetik,leksik,qrammatik xüsiyyətlərinə əməl olunur.Düzgün tələffüz və vurğu burada xüsusi qeyd olunmalıdır.Məsələn:inək kişnədi yox,at kişnədi,siz gəldüz yox,siz gəldiniz.
2.Nitqin dəqiqliyi - burada fikir və məqsədin düzgün çatdırılması üçün bilavasitə tələb olunan dil vasitələri seçilməlidir.Söz və ifadələr konkret olaraq fikirlə üst-üstə düşməlidir. Məsələn, toyuqlar yemek yeyir yox, toyular dəni dənləyir.
3.Nitqin ifadəliliyi -Yuxarıdakı iki şərt bütün insanlara aid olduğu halda,3 şərt-ifadəlilik natiqlər və bədii söz usataları-ədəbiyyatçılar üçün nəzərdə tutulmuşdur.Burada fikirlər daha emosional, daha bədii çatdırılır. Nitqin ifadəliliyini bəzən,nitqin gözəlliyi də adlandırırlar. Məsələn,”Həyatın acılı-şirinli anları onun alınında ağır cığırlar salmışdır.”