Mövzu 5: Azərbaycan Respublikasının dövlət dili.
Azərbaycan dili azərbaycanlıların, yəni Azərbaycan türklərinin dilidir.Azərbaycan Respublikasında 10 milyondan çox Cənubi Azərbaycan da isə təxminən
23 milyondan çox xalqın ünsiyyət vasitəsidir.Eyni zamanda ana dilidir.Ölkəmizdə ta qədimdən məskunlaşıb bir xalq kimi formalaşan azsaylı etnik qruplar( talışlar,ləzgilər,kürdlər,avarlar və s.) Azərbaycan dilini özlərinə ikinci ana dili seçərək,ünsiyyət vasitəsi kimi çıxış etmişlər.Azərbaycan dili öz ərazisində vahid ünsiyyət vasitəsi rolu oynamaqdadir.Nəzər yetirsək, xalqımız,dilimiz və respublikamız eyni adlanır.Məsələn,Türkiyə-türk,Rusiya-rus və s. Biz də isə hər 3 amil “Azərbaycan”adlanır.Bu özü bir qeyri-adilikdir.Azərbaycan dili-Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında qəbul edilmiş konstitusiyasının 21-ci maddəsi ilə “Azərbaycan dili”kimi təsbit olunmuşdur.Bu qərarla “Azərbaycan dili”dövlətçiliyimizin rəsmi yazışma və idarəçilik dili seçildi.Bununla belə, konstitusiyamızda ayrı-ayrı xalqların dilinə hörmştlə yanaşılır.Sovet hakimiyyəti zamanı rəsmi olaraq dilimiz “Azərbaycan dili” olsa da bu yalnız sənəd üzərində idi.Bütün prosesler rua dilində aparılrdı.Tarixdə bu “antimilli”siyasət adlanır.1992-ci il oktyabrın 18-i müstəqilliyini elan edən dövlətmiz 1995-ci il xalqın səsverməsi ilə milliliyini-Azərbaycan dilini bərpa etdi.
Dostları ilə paylaş: |