Mövzu 4: Azərbaycan dili haqqında ümumi məlumat.
Azərbaycan dili azərbaycanlıların, yəni Azərbaycan türklərinin dilidir.Azərbaycan Respublikasında 10 milyondan çox,Cənubi Azərbaycan da isə təxminən
23 milyondan çox xalqın ünsiyyət vasitəsidir.Eyni zamanda ana dilidir.Ölkəmizdə ta qədimdən məskunlaşıb bir xalq kimi formalaşan azsaylı etnik qruplar( talışlar,ləzgilər,kürdlər,avarlar və s.) Azərbaycan dilini özlərinə ikinci ana dili seçərək,ünsiyyət vasitəsi kimi çıxış etmişlər.Azərbaycan dili öz ərazisində vahid ünsiyyət vasitəsi rolu oynamaqdadir.Nəzər yetirsək, xalqımız,dilimiz və respublikamız eyni adlanır.Məsələn,Türkiyə-türk,Rusiya-rus və s.Biz də isə hər 3 amil “Azərbaycan”adlanır.Bu özü bir qeyri-adilikdir.
Azərbahcan dili-Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında qəbul edilmiş konstitusiya ilə “Azərbaycan dili”kimi təsbit olunmuşdur.
Dostları ilə paylaş: |