Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə6/41
tarix20.05.2018
ölçüsü1,56 Mb.
#51057
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41

14

amillərdən əsasları kompüterin qiyməti, tətbiqi sahəsi, funksional imkanları,istismarın asanlığı hesab olunur.

Kompüterin arxitekturası isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Tərkib hissələrinin təsviri isə yalnız bu qaydaların formalaşdırılması üçün tələb olunan səviyyədə verilir. əm də əlaqələrin hamısına yox, əsasən bu vasitələrdən istifadə olunması üçün lazım olanlarına baxılır. Məsələn, istifadəçi üçün kompüterin hansı elementlərdə qurulması, əmrlərin sxem və ya proqram vasitələrilə yerinə yetirilməsi əhəmiyyət kəsb eтмir. Əhəmiyyət kəsb edən məsələlər bunlardı: Kom- püterin bu вə ya digər xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompüterin tərkibinə daxil olan qurğuların xarakteristikaları bir-birilə necə əlaqələndirilir və bu xarakteristikalar kompüterin ümumi xarakteristikalarına necə təsir edir və s. Başqa sözlə, arxitektura kompüterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi problemlərini əks etdirir.
Koмpüterin arxitekturasında Fon Neyman prinsipi

Nəsilin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterin arxitekturasında məşhur Amerika alimi Con Fon Neyman tərəfindən 40-cı illərdə təklif etdiyi prinsipləri əsas götürülür. Başqa sözlə desək indiki kompüter hələ ki, Neyman arxitekturası ilə qurulur. Fon Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır:



  1. Kompüter proqramla odarə olunan avtomatdır, yəni kompterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kmpüterin işini idarə edir. Digər tərəfdən isə qoyulmuş məsələni həll edir.

  2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vector şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.

  3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.

  4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.

Kompüter texnikasının inkişaf mərhələlrində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə

15




Hesablama və məntiqi imkanları





Əmrlər sistemi










Verilənlərin formatı










İşləmə sürəti










istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkil olunan arxitekturaya gətirib çıxardır.(шякил 2)

Kompüterlərin


Apparat vasitələri

K-in strukturu

Yaddaşın təşkili

Giriş-çıxışın təşkili

İdarəetmə prinsipləri


Proqram vasitələri













Əməliyyat










Proqramlaşdırma dilləri










Tətbiqi proqram təminatı








ŞƏKİL 2

EHM-lərin qurulmasında informasiyanın məntiqi əsasları.
Kompüterin ümumiləşdirilmiş məntiqi struktura malikdir. (шякил 3) Neyman arxi- tekturalı hər bir kompüter iki hissədən –mərkəzi və periferiya (xarici)-dan ibarət olur. Mərkəzi hissə hesab məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DVQ) ibarətdir. Müasir kompüterdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə və xaric etmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Köhnə kompüterdə (I vəII nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterdə mərkəzi hissə ilə periferiya hissəsi sisteminterfeysi adlanan aparat proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin