76
Bir- ölçülü massivin elementləri yaddaşda ardıcıl olaraq yerləşirlər. İki ölçülü massivin elementləri isə yaddaşda sağ indeksin artmasına uyğun olaraq ardıcıl yerləşirlər. Məsələn:
VAR
A:ARRAY [1…5, 1…5] OF INTEGER; C, D:ARRAY [1…10] OF REAL;
Massiv təsvir olunduqdan sonra onun hər bir elementi üzərində müəyyən əməliyyatlar aparmaq olar. Bunun üçün massivin adını və kvadrat mötərizənin içərisində indeksi göstərmək lazımdır.
Məsələn, A[2] yazılışı massivin 2- ci elementinə müraciəti təmin edir. A[4,3] yazılışı massivin 4- cü sətir və 3-sü sütununda duran elementinə müraciət etməyə imkan verir.
Massivin indeksləşmiş elementi indeksləşmiş dəyişən adlanır və bu dəyişənlər sadə dəyişənlər kimi istifadə oluna bilərlər.
Massivin elementlərinin qiymətlərinin əsas yaddaşa daxil olması və çıxışa verilməsi prosesi bir-bir yerinə yetirilir.
Məsələn,
FOR İ:=1 TO 4 DO READLN (A[İ]);
Və ya
FOR İ:=1 TO 10 DO FOR J:=1 TO 10 DO READLN (D[İ,J]);
Massivin elementlərinin çıxışa verilməsi WRITE və WRITELN operator- larının köməyilə yerinə yetirilir.
FOR İ:=1 TO 4 DO WRITELN (A[İ]);
və ya
FOR İ:=1 TO 10 DO FOR J:=1 TO 10 DO WRITELN (D[İ,J]);
A massivində sıfır qiymət alan elementlərin sayını tapmaq üçün
K:=0
FOR İ:=1 TO 4 DO
İF A[İ]=0 THEN K:=K+1;
əmrlərindən istifadə etmək olar.
Fayllar
Fayllar- Bildiyimiz kimi, fayl xarici yaddaşda adlandırılmış hər hansı sahədir. digər tərəfdən fayl proqramlaşdırmada istifadə olunan çoxlu sayda verilən- lər strukturlarından biridir. Bu halda məntiqi fayl terminindən istifadə olunur. Fayl tipinin təyini üçün file və of xidməti sözlərindən istifadə olunur. Bu xidməti sözlə- rdən sonra fayl komponentlərinin tipi göstərilir.
Məsələn, type
Nomr=file of integer;
77
simv=file of ‘A’.. ‘Z’;
İnformasiya daşıyıcısında yerləşən fiziki faylla işləmək üçün əvvəl bu faylı fayl dəyişəni ( məntiqi fayl) ilə əlaqələndirmək lazımdır ki, bunun köməyilə fiziki fayla müraciət mümkün olsun. Məntiqi və fiziki faylların əlaqələndirilməsini Assign proseduru yerinə yetirir. Bu prosedurdan yalnız bağlı fayllar üçün istifadə edirlər, prosedurun birinci parametric fayl dəyişəni, ikinci parametric isə qiyməti fiziki faylın adı olan sətir sabiti və ya sətir dəyişəninin identifikatorudur.. Məsələn,
Assign (f, ‘kafedra.dat’);
faylın oxunub, yazılma əməliyyatlarını yerinə yetirməzdən əvvəl fayl açıl- malıdır. Faylların açılması Reset və Rewrite prosedurları, bağlanması isə Close proseduru ilə yerinə yetirilir. Faylların bütün elementləri eyni tipdən olarsa, buna tipləşdirilmiş fayllar deyilir. Tipləşdirilmiş faylı oxumaq Read proseduru, yazmaq write proseduru ilə yerinə yetirilir.
Read prosedurunun tipləşdirilmiş fayllar üçün formatı aşağıdakı kimidir: Read (fayl dəyişəninin adı, dəyişənlərin siyahısı);
Write prosedurunun tipləşdirilmiş fayllar üçün formatı aşağıdakı kimidir: Write(fayl dəyişəninin adı, dəyişənlərin siyahısı);
Bu fayllarla bir başa əməliyyatlarda aşağıdakı prosedur və funksiyalar nəzərdə tutulub.
FilePos- göstəricinin faylda cari mövqeyinin nömrəsini qaytarır; FileSize- faylın cari ölçüsünü ( slementlərinin sayını ) qaytarır.
SeekSize – göstəricinin fayldakı carı mövqeyini verilmiş nömrəli elementə dəyişdirir;
Truncate –faylın ölçüsünü göstəricinin cari mövqeyinə qədər qısaldır. Faylın cari mövqedən sonrakı bütün elementləri silinir.
Mətn fayllarını təsvir etmək üçün əvvəldən təyin olunmuş Text tipindən istifadə olunur.
Var
MatnFile: text;
Mətn faylları üçün aşağıdakı prosedur və funksiyalardan istifadə olunur: Append – faylın sonuna elementləri əlavə etmək üçün mövcud faylı açır; Flush –faylın cari ölçüsünü qaytarır;
Readln – read proseduru kimi işləyir. Əlavə olaraq cari sətirdə qalan bütün simvolları buraxaraq göstəricini mətn faylının növbəti sətrinə gətirir.
SeekEof – mətn faylı üçün Eof vəziyyətini qaytarır; SeekEoln - mətn faylı üçün Eoln vəziyyətini qaytarır;
SetTextBuf –mətn faylı üçün daxiletmə-xaricetmə buferini təyin edir4 Writeln-Write proseduru kimi işləyir. Əlavə olaraq mətn faylına Eoln “sətrin
sonu” işarəsini yazır.
Tipləşdirilməmiş faylları təsvir edərkən yalnız file xidməti sözündən istifadə olunur. Məsələn,
var F: file;
Tipləşdiriməmiş fayl dəyişənləri aşağı səviyyəli iş üçün nəzərdə tutulub. Bunu köməyilə ixtiyari tipə və struktura malik fayla müraciət etmək olar. Tipləş- dirilməmiş fayllarla işləmək üçün demək olar ki. bütün prosedur və funksiyalarda
78
istifadə etmək olar. yalnız Read və Write prosedurlarının əvəzinə BlockRead və BlockWrite prosedurlarından istifadə olunur.
MÜHAZİRƏ IX: TURBO PASKAL DİLİNDƏ ALT PROQRAMLAR VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI.
Plan:
-
Proseduralardan istifadə qaydaları
-
Funksiyalardan istifadə qaydaları
Hər hansı bir məqsədə çatmağı reallaşdıran operatorlar qrupunun proqramın bir neçə yerində dəyişməz olaraq təkrarlanması məsələsi praktikada tez-tez qarşıya çıxır. Proqramlaşdırma dillərində alt proqramlardan istifadə etməklə bu məsələni səmərəli şəkildə həll edirlər.
Alt proqramlar –ada malik olan, məntiqi olaraq qurtaran dilin operatorlar qrupundan ibarətdir, onun adına proqramın müxtəlif yerlərində dəfələrlə mürajiət etmək olar. Paskal dilində alt proqram təşkil etmək üçün prosedura və funksiyalardan istifadə olunur.
Prosedura – proqramın asılı olmayan və ada malik olan bir hissəsi olub, müəyyən əməliyyatların yerinə yetirilməsinə xidmət edir. Proseduraların adından istifadə etməklə, ona proqramın müxtəlif yerlərindən müraciət etmək olar.
Proseduraların adı ifadədə identifikator kimi istifadə edilə bilməz.
Proqramlaşdırıcı tərəfindən təyin olunmuş prosedura və funksiyalarda prosedurlar başlıqlardan və proseduranın gövdəsindən ibarətdir. Proseduranın başlığı PROCEDURE sözündən, proseduranın adından və dairəvi mötərizənin içərisində yazılan formal parametrlərdən ibarətdir. Hər bir formal parametrin növü göstərilməlidir.
Ümumi formatı aşağıdakı kimidir: PROCEDURE {(formal)}; Misal:
PROCEDURE SUM (A:İNTEGER; B: REAL); PROCEDURE RUX;
Dostları ilə paylaş: |