Disk sürücüsü – İŞ prosesində fərdi kompüterdə istifadə olunan disk sürüjüsü
disketlərə proqram və verilənləri yazmaq üçün istifadə olunur.
Yaddaş qurğusu - fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə
olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövjuddur: yumşaq maqnit disk qurğusu –
FDD (məlumat daşıyıjısı - disketlər) və sərt maqnit disk qurğusu -HDD (məlumat
daşıyıjısı - vençester).
Sərt maqnit disk qurğusunun - işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk
qurğusundan dəfələrlə çoxdur. Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının
həjmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıjılarını bir yerdən başqa yerə rahatlıqla
aparmaq olur. Sərt maqnit daşıyıcılarının məlumat tutumu 100 Gbayt-larla ölçülür. Son
dövrdə xariji yaddaş qurğusu kimi optik xarici yaddaş qurğularından istifadə olunur. Bu
jür qurğuların məlumat daşıyıcılarının (CD-ROM) həjmi 650 Mbayt və daha çox həjmdə
olur.
Flash yaddaş – xarici texnologiya ilə hazırlanan miniatur mikrosxemdir. Daxilində
hərəkət edən hissənin olmaması nətijəsində informasiya yaddaşa yüksək sürətlə yazılır.
İnformasiya tutumu Terabaytlarla ölçülür. Flaş yaddaşlar fərdi kompüterlərə USB portları
vasitəsi ilə qoşulur.
Monitorlar - Kompüterə daxil olan məlumatlara və alınmış nətijələrə nəzarət etmək
üçün monitordan istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın
ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19, 20, 21,23 dyüm. Monitorlar şəklin
formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu,
mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur,
çəkiləri və ölçüləri çox kiçik olur.
Funksional təyinatına görə monitorlar hərf-rəqəm və qrafik recimdə işləyirlər.
Əks olunma tezliyi herslərlə(hs) ölçülür. Tezlik artdıqja ekranda təsvir bir o qədər
təmiz alınır.
Monitorun əsas göstərijilərindən biri ekranda təsvir olunan nöqtələrin sayıdır.
Müasir manitorlarda üfiqi və şaquli istiqamət üzrə nöqtələrin sayı 1600x1280 = 2048000
və daha çox olur. Bu isə təsvirin dəqiqliyini artırır.